Icma.az
close
up
RU
Bu 3 ədviyyat ölümcüldür Diqqətli olun

Bu 3 ədviyyat ölümcüldür Diqqətli olun

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, üç məşhur ədviyyat müəyyən dərmanlarla qarşılıqlı əlaqədə ola bilər və ciddi sağlamlıq problemlərinə yol açar.

Tribunainfo.az xəbər verir ki, darçın, zərdəçal (sarıkök) və zəncəfil yüksək dozada istehlak edildikdə bəzi dərmanların effektivliyini azalda bilər.

Tortlardan səhər qəhvəsinə, bitki çaylarına qədər bir çox reseptdə yer alan darçın, zərdəçal və zəncəfil təbii müalicə qaynağı olaraq görülsə də, mütəxəssislər bu ədviyyatların yüksək dozada qəbulu zamanı ciddi sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq edib.

Bu məhsullar, xüsusən də əlavə formada istifadə edildikdə, bədənin bəzi dərmanları metabolizə etməsini dəyişə bilər.

Son araşdırmalar darçının tərkibində olan sinnamaldehid maddəsinin dərmanların bədəndən daha tez xaric olmasına səbəb ola biləcəyini ortaya çıxarıb. Xüsusilə də qan duruldan dərmanlarla birlikdə istifadə etdikdə, ölümcül qanamalara səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, darçının növü də böyük əhəmiyyət kəsb edir. Əsl darçın antioksidantlarla zəngin və sağlamlığınız üçün daha təhlükəsiz olsa da, supermarketlərdə tez-tez satılan növlər yüksək miqdarda kumarin ehtiva edir. Yüksək dozada kumarin qaraciyərin zədələnməsinə səbəb ola bilər.

Darçınla yanaşı, immuniteti gücləndirən xüsusiyyətləri ilə tanınan zərdəçal da risk yaradır. Zərdəçalın aktiv tərkib hissəsi olan kurkumin qaraciyərdə dərmanları parçalayan fermentlərə təsir edərək, onların orqanizmdə gözlənildiyindən fərqli işləməsinə səbəb ola bilər. Bu qarşılıqlı təsir antidepresanlar, kimyaterapiya dərmanları, qan təzyiqi dərmanları və antibiotiklərlə müşahidə edilə bilər.

The American Journal of Medicine-də dərc edilən bir araşdırma 2004-2022-ci illər arasında zərdəçal ilə əlaqəli 10 qaraciyər zədələnməsi hadisəsini sənədləşdirib. Belə ki, bunlardan biri zərdəçal əlavəsi səbəbiylə qaraciyər çatışmazlığından vəfat edən qaraciyər xəstəliyi olmayan 62 yaşlı qadının ölümü olub.

Ürək bulantısını azaldan və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan zəncəfil də oxşar risklər daşıyır. Tədqiqatlar göstərir ki, yüksək dozada zəncəfil istehlakı qan şəkərini çox aşağı salaraq hipoqlikemiya riskini artıra bilər. Bundan əlavə, yüngül qan durulaşdırıcı təsirinə görə, qan durulaşdıran dərmanlarla birlikdə istifadə qanaxma riskini artıra bilər.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri