Icma.az
close
up
RU
Bu 3 içki ömrü uzadır Sübut edildi

Bu 3 içki ömrü uzadır Sübut edildi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərədə aparılan genişmiqyaslı elmi araşdırma göstərib ki, gündəlik rasionda üç içkinin su, qəhvə və çayın balanslı şəkildə yer alması ölüm riskini azaldaraq ömrün uzanmasına ciddi təsir edir. Nəticələr xüsusilə Azərbaycanda sevilən bu içkilərin sağlamlıq baxımından böyük əhəmiyyətə malik olduğunu ortaya qoyub.

Milli.Az-ın məlumatına görə, "British Journal of Nutrition" jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, gün ərzində ümumilikdə 7-8 stəkan içki qəbul etmək, bu miqdarı isə adını çəkilən içkilər arasında düzgün bölmək, uzunömürlülük üçün mühüm rol oynayır.

Mütəxəssislər bildirirlər ki, su orqanizmin maye balansını tənzimləyir, qəhvə və çayda olan polifenollar isə ürək-damar sistemi, iltihablanma və həzm sağlamlığına müsbət təsir göstərir.

Qidalanma üzrə ekspert Ella Davar araşdırmanı belə şərh edir:

"Əsas hidrasiya mənbəyi sudur. Lakin polifenol baxımından zəngin çay və qəhvəni də rasiona əlavə etdikdə fayda əhəmiyyətli dərəcədə artır. Bu kombinasiyanın təsiri həm ürək-damar sağlamlığını, həm maddələr mübadiləsini, həm də immuniteti daha güclü şəkildə dəstəkləyir".

Miqdardan çox, balans önəmlidir

Alimlər hesab edir ki, yalnız içkilərin həcmi deyil, onların müxtəlifliyi də əhəmiyyətlidir. Qəhvədəki xlorogen turşusu, çaydakı katexinlər və suyun təmin etdiyi tam hidrasiya birlikdə orqanizm üçün güclü qoruyucu mexanizm yaradır.

Bu balans həmçinin artıq kafein və şəkər qəbulunun qarşısını alır. Mütəxəssislər günə idmandan sonra bir stəkan su ilə başlamayı, səhər saatlarında bir neçə fincan qəhvə, günün ikinci yarısında isə yaşıl və ya qara çay içməyi tövsiyə edirlər.

Araşdırmanın nəticələri xüsusilə çay və qəhvəni çox sevən bölgə xalqları üçün ümidvericidir. Elm adamları bildirirlər ki, bu üç içkinin doğru ardıcıllıqla və növbəli şəkildə qəbulu yalnız gün ərzində enerjini artırmır, həm də ömrün uzanmasına kömək edir.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Noyabr 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri