Bu 3 şirkətin dəyəri 4 trilyon dollardan çoxdur
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bazar kapitallaşması yüksək olan şirkətlər qlobal biznes tarixində yeni mərhələnin simvoluna çevriliblər. Bu göstərici investorların şirkətin gələcək inkişafına və mənfəət potensialına olan yüksək etimadını əks etdirir.
Banco.az xəbər verir ki, süni intellekt, bulud texnologiyaları və yarımkeçirici sənayesindəki sürətli inkişaf son illərdə texnologiya nəhənglərinin dəyərinin rekord səviyyələrə yüksəlməsində əsas rol oynayıb.
Trilyonlarla dollar dəyərində olan bu şirkətlər təkcə öz sektorlarına deyil, dünya maliyyə bazarlarına və fond indekslərinə də ciddi təsir göstərirlər. Onların bazar kapitallaşmasının artması qlobal investisiya axınlarının istiqamətini müəyyən edən əsas amillərdən biri hesab olunur.
Companiesmarketcap-ın məlumatına görə, hazırda 3 texnologiya şirkətinin bazar dəyəri 4 trilyon dollardan çoxdur. Bunlar "Nvidia", "Apple" və "Alphabet"dir (Google).
10 iyul 2026-cı il tarixinə bu 3 şirkətin bazar dəyəri müvafiq olaraq 4,9 trilyon dollar, 4,6 trilyon dollar və 4,3 trilyon dollardır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 İyul 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















