Icma.az
close
up
RU
Bu 3 tərəvəzi hər gün yeyin Unikal sağlamlıq bəxş edəcək

Bu 3 tərəvəzi hər gün yeyin Unikal sağlamlıq bəxş edəcək

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Tərəvəz bitkiləri insan sağlamlığı üçün vacib element sayılır. Bütün fəsillərdə qidalanması mümkün olan tərəvəzlər daim immunitetin gücləndirilməsində rol oynayır. 

Saglamolun.az ən çox istifadə olun Cəfəri, Şüyüd və Keşnişin faydalarını araşdırıb:

Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu miqdarda kalium, kalsium, fosfor və dəmir duzları vardır. Yaşıl kütlədə azotlu maddələr 3,48%, yağ 0,88%, azotsuz ekstrakttiv maddələr 7,30%, seIlüloza 2,08%, kül 2,42% təşkil edir. Şüyüdün toxumunda efir yağının miqdarı 3-5,6%-dir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli, xoş tama malikdir. İstifadə dairəsi çox geniş olub, ondan mədəbağırsaq pozğunluğuna, qarın köpməsinə qarşı, bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir. Tozu və toxumundan hazırlanan ekstraktından iştahgətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun yağı fitonsidli vasitə kimi tibbdə geniş istifadə edilir. Cövhəri ilə ağız qarqara edirlər. Şüyüddən təzə halda bütün il boyu tərəvəz kimi istifadə edilir, konserv sənayesində toxumlamış halda gövdələr ən geniş miqyasda istifadə olunur.

Qənnadı sənayesində, ətriyyat istehsalında əvəzi olmayan bitkidir. Duza, şorabaya qoyulan meyvə-tərəvəzləri bu bitkisiz təsəvvür etmək qeyri-mümkündür. Qurudulmuş şüyüd ət, balıq və tərəvəz xörəkIərinin tərkibinə qatqı kimi əlavə olunur, həmiçnin pəhriz yeməklərinin hazırlanmasında da geniş istifadə edilir. Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Şorbaya, tərəvəz, kartof, balıq və əttdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Şüyüd müxtəlif şirələrin, şərbətlərin, şərabların, ətirli sirkələrin istehsalında geniş istifadə olunur. Şüyüd toxumu qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Toxumunun tərkibində efir yağının çox olmasına görə ondan likör-araq istehsalında, qənnadı, çörək-bulka, ətriyyat, kosmetika və sabunbişirmə sənayesində daha geniş istifadə olunur.

Keşniş tərəvəz, efir yağlı və dərman bitkisi olub respublikamızda çox geniş becərilir. Birillik bitkinin həm meyvəsindən, həm də yaşıl kütləsindən istifadə olunur. Keşnişin toxumlarında 0,6-1 %-ə qədər efir yağı, 10-15% piyli yağ, 10-17% zülal, üzvi turşular, C vitamini, aşı maddəsi, şəkər, nişasta vardır. MDB ölkələrində bitki efir yağlarının 70%-i keşniş tozumundan alınır. Toxumundan hazırlanan müxtəlif dərmanlar mədəbağırsaq xəstəliklərinə qarşı, böyrək, öd kisəsinin iltihabı, tənəffüs yolları xəstəliklərinin müalicəsində gözəl təsirə malikdir. Elmi təbabətdə meyvələrindən və efir yağından həzm prosesini yaxşılaşdıran və iştahartıran vasitə kimi istifadə olunur. Xalq təbabətində təzə keşnişdən alınan şirədən, toxumunun çayından hipertoniya, soyuqdəymədə, mədə yaralarının müalicəsində ağrıkəsici, antiseptik vasitə kimi geniş istifadə olunur. Keşniş öd ifrazı şiddətini azaldır, mədə iltihabı, susuzluq və ürək bulanmaya qarşı müsbət nəticə verir. Keşniş suyu ilə ağızı qarqara edirlər. Onun toxumu bədənə quruluq verir, ürək döyüntüsü, baş ağrısı zamanı faydalıdır.

Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır. Keşnişin toxumları ədviyyə kimi kolbasa, pendir, çörək-bulka, qənnadı məhsullanna və eləcə də ət, balıq, tərəvəz xörəklərinə, xiyar, pomidor, kələmdən tutulan turşulara ədviyyə kimi əlavə edilir. Keşniş efir yağından ətriyyat, kosmetika sahəsində, texnikada və eləcə də sabunbişirmə, tütünçülük, toxuculuq sənayesində istifadə edilir. Keşnişin yaşıl kütləsi bütün il boyu xalq tərəfindən müxtəlif xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur.

Cəfərinin kökündən və yarpaqlarından istifadə olunur. Bitki ətirli olmaqla bərabər yarpaqlarında 3,7% azotlu maddələr, 0,72% yağ, 6,7% azotsuz ekstraktiv maddələr, 1,45% sellüloza, 1,7% kül, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, karotin, C, B1, B2, K vitaminləri vardır. Toxumlarında 2-7%, yarpaqlarında 0,3% efır yağı vardır. Qədim Roma və Yunan xalqları hələ bizim eradan qabaq cəfəridən dərman və ədviyyə kimi geniş surətdə istifadə etmişlər. Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitkidir. Əczaçılıq sənayesində bunun kök hissəsindən cövhər və müalicəvi xüsusiyyətinə malik çay hazırlanır, qaraciyər və öd kisəsi xəstəliklərində çox istifadə edilir. Xalq təbabətində pörtlədilmiş halda yel, böyrək xəstəlikləri və sinqa xəstəliklərinin müalicəsində istifadə olunur. Məşhur alim İbn Sina qeyd edirdi ki, cəfəri sidiyi qovub, böyrəkləri, sidik kisəsini təmizləyir. Soyuqdəymələrdə, yaraların sağalmasında, görmə qabiliyyətinin artırılmasında, sidik kisəsi və böyrək daşı xəstəliyində, vitamin çatışmamazlığında daha çox istifadə olunur.

Cəfərinin cavan yaşıl zoğları ət, balıq və tərəvəz xörəklərinə ədviyyə kimi əlavə edilir. Bitki təzə halda müxtəlif xörəklərin, salatların hazırlanmasında, konserv sənayesində, xüsusən meyvə-tərəvəzin duza və şorabaya qoyulmasında geniş istifadə olunur. Cəfəri kökündən aşbazlıqda, efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri