Icma.az
close
up
RU
Bu 3 vacib məhsul anidən bahalaşa bilər Ekspertdən həyəcan təbili

Bu 3 vacib məhsul anidən bahalaşa bilər Ekspertdən həyəcan təbili

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Növbəti ildə qiymət artımı ilə bağlı yanacaq məsələsində risk böyükdür. Belə ki, yanacağın qiymətində dəyişiklik nəqliyyat xərclərindən başlayaraq logistika, kənd təsərrüfatı, tikinti, xidmət və ticarət sektorlarına yayılır. Yanacaq bahalaşdıqda yalnız avtomobil sürücüsünün xərci artmır. Məhsulun daşınması, istehsalı və satışı bahalaşır. Bu da qiymət artımını iqtisadiyyatın digər sahələrinə ötürür”.

Avtosfer.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a iqtisadçı Asif İbrahimov deyib.

İqtisadçı bildirib ki, dərman bazarında vəziyyət daha həssasdır:

“İnsan dərman istehlakını digər məhsullar kimi təxirə sala bilmir. İdxaldan asılılıq, logistika xərcləri, valyuta amili, distribütor xərcləri və bazarın tənzimlənməsi dərman qiymətlərinə birbaşa təsir edir. Bu sahədə 2027-ci ildə qiymət artımının sosial nəticəsi xüsusilə ağır ola bilər. Bütün bunlar iqtisadi modelin daha fundamental problemini göstərir. Əgər iqtisadi siyasət qiymət artımının struktur səbəblərini aradan qaldırmaq əvəzinə, ayrı-ayrı məhsullar üzrə güzəştlərlə vəziyyəti müvəqqəti sabitləşdirirsə, güzəştin müddəti başa çatanda eyni problem yenidən ortaya çıxır. Bu, dayanıqlı qiymət siyasəti deyil, problemin təxirə salınmasıdır.

İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, yerli istehsalın məhsuldarlığının artırılması, idxaldan asılılığın azaldılması, logistika xərclərinin aşağı salınması, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və rəqabət mühitinin gücləndirilməsi istiqamətində daha ciddi nəticələr tələb olunur. Əks halda iqtisadi artımın bir hissəsi qiymət artımı tərəfindən mənimsənilir və əhalinin real gəlirlərində gözlənilən yaxşılaşma baş vermir”.

A.İbrahimov qeyd edib ki, 2027-ci ilin əvvəlində yaranacaq qiymət artımını “gözlənilməz bazar hadisəsi” kimi təqdim etmək düzgün olmaz:

“Əvvəlcədən görünən risklərin idarə olunmaması artıq iqtisadi idarəetmənin keyfiyyəti məsələsidir. Ən təhlükəli ssenari çörək, yanacaq və dərman kimi strateji məhsullarda qiymət təzyiqinin eyni dövrə düşməsidir. Bu məhsulların hər biri ayrıca qiymət şoku yarada bilər. Bir neçə istiqamətdə qiymət artımı eyni vaxtda baş verdikdə isə təsir bir-birini gücləndirir. Yanacaq nəqliyyat və logistika xərclərini, vergi yükü çörəyin maya dəyərini, idxal və valyuta amilləri isə dərman qiymətlərini yüksəldə bilər. Belə şəraitdə iqtisadi idarəetmənin nəticəsi yalnız inflyasiya göstəricisi ilə ölçülməməlidir. Əhalinin real gəlirləri, istehlak səbəti, strateji məhsulların əlçatanlığı və biznesin xərc yükü də qiymətləndirilməlidir. Nominal maaşların və sosial ödənişlərin artırılması qiymət artımını kompensasiya etməyə çalışırsa, bu, öz növbəsində iqtisadi siyasətin digər alətlərinə əlavə yük yaradır”.

Asif İbrahimov

Ekspert vurğulayıb ki, Azərbaycanın qarşısında 2027-ci ilə qədər ciddi seçim dayanır:

“Qiymət artımının nəticələri ilə mübarizə aparmaq, yoxsa qiymət artımını yaradan struktur səbəblərə müdaxilə etmək. İqtisadi model ikinci istiqamətdə nəticə vermədiyi müddətdə hər yeni vergi qərarı, tarif dəyişikliyi və xarici bazar şoku daxili qiymətlər üçün əlavə risk yaradacaq. Əsas məsələ artıq ayrı-ayrı məhsulların nə qədər bahalaşacağı deyil. Əsas məsələ iqtisadi idarəetmənin niyə əvvəlcədən görünən qiymət risklərini aradan qaldıra bilməməsidir. Əgər 2027-ci ilin əvvəlində strateji məhsullar üzrə eyni vaxtda qiymət artımı baş verərsə, bunun məsuliyyətini yalnız bazarın, xarici amillərin və ya vergi qərarlarının üzərinə qoymaq kifayət etməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri