Icma.az
close
up
RU
Bu 5 vərdiş saçlarınızı məhv edir

Bu 5 vərdiş saçlarınızı məhv edir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhurların saç dizayneri Kris Makmillan qadınlara saç baxımı ilə bağlı bir sıra tövsiyyələr verib.

Ölkə.Az xəbər verir ki, 40 illik saç dizayneri saçın sağlamkığını məhv edən 5 səhvi təqdim edir:

1. Yanlış daraqdan istifadə

Makmillan vurğulayır ki, saç tipinizə uyğun bir daraq seçmək düşündüyünüzdən daha vacibdir. 
Saç toxumaları müxtəlifdir və hər biri fərqli bir daraq tələb edir. Saç tipinizə uyğun olmayan bir fırça istifadə etmək, hətta sadə bir dolaşıq açma prosesi zamanı belə saçların qırılmasına səbəb ola bilər. Daramaq yalnız saç düzümü ilə bağlı deyil, həmçinin baş dərisinin böyüməsini stimullaşdırmaqla və qan dövranını artırmaqla saçların sağlam qalmasına kömək edir.

Digər bir böyük səhv, yanlış daraqla saçı daha sürətli daramaqdır. Saçınızı tələsərək daramaq qırılmalara səbəb ola bilər.

2. Saç yuma tezliyinin tənzimlənməməsi

Saçınızı yumaq üçün düzgün vaxtı tapmaq çox vacibdir, çünki həm həddindən artıq, həm də qeyri-kafi yuma saçınıza ciddi zərər verə bilər. Makmillan problemi iki baxımdan ümumiləşdirir:

"Saçınızı çox yusanız, saçınız və baş dəriniz quruyacaq. Digər tərəfdən, qeyri-kafi yuma baş dərisində çirk və məhsul qalıqlarının yığılmasına səbəb olur”.

Dizayner sağlam tarazlığı qorumaq üçün saçınızı həftədə 2-3 dəfə yumağı tövsiyə edir.

3. Saç dərinizə laqeyd yanaşmayın

Makmillan qeyd edir ki, tez-tez laqeyd yanaşılan baş dərisi əslində, ümumi saç sağlamlığında mühüm rol oynayır:

"Saçlarımız baş dərisindən böyüdüyü üçün sağlam baş dərisi sağlam saç deməkdir". 

Bir çox insan yalnız saçın uzunluğuna diqqət yetirir, yığılma, qıcıqlanma və ya sağlam olmayan baş dərisi problemləri kimi məsələləri görməzdən gəlir.

4.Saçlarınızı istilikdən qorumadan forma verməyin

Makmillan vurğulayır ki, saçınızı qorumadan hər gün fenlərlə saç düzümü vermək böyük bir səhvdir.

 "Qızdırılan saç düzümü alətlərindən həmişəkindən daha çox istifadə etdiyimiz üçün hər cür qorunma həqiqətən vacibdir", - o deyir. Makmillan lazımi qorunma olmadan tətbiq olunan istiliyi ipək köynəyin ağardıcı ilə yuyulmasına bənzədir.

Bu sadə bənzətmə istilikdən qorunmanın zədələnmənin qarşısını almaq üçün nə qədər vacib olduğunu mükəmməl şəkildə göstərir. 

5. Kifayət qədər məhsuldan istifadə etməmək

Bəzi insanlar saç məhsullarının saçlarını ağırlaşdıracağından və ya yağlı edəcəyindən qorxaraq onlardan çəkinirlər.
Kris Makmillan bu yanlış təsəvvürü belə izah edir: “Düzgün istifadə edildikdə, məhsullar sizin dostunuzdur. Onlar saçlara parlaqlıq qatır və istidən qoruyur”.
Kiçik və ardıcıl dəyişikliklərlə saçlarınız bir neçə həftə ərzində daha sağlam görünməyə başlayacaq.

Billurə
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri