Icma.az
close
up
RU
Bu 6 rəqəmi paylaşan kimi hesabınız oğurlanır WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ

Bu 6 rəqəmi paylaşan kimi hesabınız oğurlanır WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ekspert əgər WhatsApp hesabınız oğurlanıbsa, ilk edəcəyiniz addımı söylədi

Sosial platformalar və süni intellekt insanların məlumata əlçatanlığını asanlaşdırsa da ondan öz maraqları naminə istifadə edənlərin də işini yüngülləşdirir. Sosial platformalarda yuva salan kiber-quldurlar rəqəmsal savadlılığı aşağı olan istifadəçiləri tələyə salırlar.

Son zamanlar ən geniş yayılan hiylə isə vətəndaşların WhatsApp hesablarını ələ keçirərək, kontaktındakı tanışlarından pul qoparmaqdır. Kiberdələduzlar psixoloji təsir mexanizmi əsasında, özlərini güvənilən aktor kimi təqdim edib, qarşı tərəfin telefonuna gələn WhatsApp doğrulama kodunu istəyirlər. Qarşı tərəf bunun tələ olduğunu anlamayıb, kodu göndərdikdə, WhatsApp hesabı kiberdələduzların əlinə keçir. Öz şəxsi hesabına daxil ola bilməyən vətəndaş, kiberdələduzların tanışlarına nə yazdığını görmür. Beləliklə fırıldaqçılar həmin vətəndaşın adından kontaktda olan şəxslərdən pul istəyir. Hətta vəsaiti göndərmələri üçün bank kartı nömrələrini də mesaja əlavə edirlər. Onlar bunu elə ustalıqla edir ki, kontaktdakı şəxslər də, tanışının çətin vəziyyətdə olduğuna inanıb, pul atmağa məcbur qalır. Kiberdələduzlar qurduqları oyun sayəsində insanlara həm mənəvi həm maddi həm də psixoloji zərbə vururlar. 

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sherg.az-a bildirib ki, WhatsApp hesablarının ələ keçirilməsi ən çox yayılan kiberdələduzluq üsullarından biridir: 

“Kiberdələduzlar başqasının mobil cihazına fiziki olaraq müdaxilə etmədən də uzaqdan texniki hiylələrlə onun WhatsApp hesabına daxil olmağı bacarırlar. Onlar başqa bir cihazda qurbanın nömrəsi ilə WhatsApp-a daxil olarkən, gələn 6 rəqəmli təsdiq kodunu müxtəlif bəhanələrlə, "kredit təsdiqləndi", "hədiyyə qazandınız" və ya "səhvən sizə SMS getdi" deyərək ələ keçirirlər. Kod əllərinə keçən kimi vətəndaşın hesabı uzaqdan digər cihaza köçür. Həmçinin şübhəli linklər vasitəsilə saxta saytlara daxil olduqda da hesabın paralelləşdirilməsi imkanı yaranır”.

Ekspert WhatsApp-ın təhlükəsizliyini kibercinayət təhdidlərinə qarşı gücləndirməyin ən effektiv yolunu açıqlayıb:

“WhatsApp-ın təhlükəsizliyini gücləndirmək üçün ilk növbədə, Parametrlər → Hesab → İkiaddımlı doğrulama (Two-Step Verification) funksiyasını aktivləşdirib, 6 rəqəmli PİN kod təyin etmək lazımdır. PİN kod olduqda, dələduzlar SMS kodunu ələ keçirsələr belə, hesaba daxil ola bilmirlər. Dəfələrlə bəyan edirik ki, telefona gələn təsdiq kodlarını özünüzdən başqa heç kimə ötürməyin. Vətəndaşların ən çox tələyə düşdüyü məqam saxta saytlardır. İstifadəçilər şübhəli linklərə daxil olmaqla, kiberdələduzlara öz şəxsi hesablarını ələ keçirmək üçün şərait yaradırlar”. 

E. Abbasov, WhatsApp hesabı kiberdələzular tərəfindən ələ keçirilən vətəndaşlara bir sıra tövsiyyələr verib: 

“İlk növbədə öz telefonlarında proqrama həmin nömrə ilə yenidən daxil olmağa çalışsınlar. Çünki SMS vasitəsilə gələn yeni təsdiq kodunu proqrama daxil etdikdə, dələduzların cihazındakı aktiv hesab avtomatik kəsiləcək. Bununla yanaşı, kontaktdakı tanışlarınıza başqa yollarla dərhal xəbərdarlıq edin ki, gələn pul tələblərinə inanmasınlar. Dələduzların göndərdiyi kart nömrələri və mesajlar skrinşot edilərək, fakt və dəlil kimi birbaşa Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Kibertəhlükəsizlik Mərkəzinə göndərilməlidir. Bəzən dəlil yetərsizliyindən minlərlə insan kiberdələduzların məkrli planlarının qurbanı olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri