Icma.az
close
up
RU
Bu abituriyentlər qəbul olmaq üçün 300 dən çox bal toplamalıdırlar

Bu abituriyentlər qəbul olmaq üçün 300 dən çox bal toplamalıdırlar

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.

Qeydiyyatdan keçənlərin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.

Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, keçən illə müqayisədə bu il II və III ixtisas qruplarında abituriyent sayı daha çox artıb:

“Xüsusən II qrupda abituriyentlərin sayının 25 mindən, III qrupda 28 mindən çox olması kifayət qədər rəqabətin olacağından xəbər verir. Məsələn I ixtisas qrupunda 31 min nəfərdən çox abituriyent var. Bizim proqnozumuza görə, ən gərgin müsabiqə vəziyyəti II və III qrupda olacaq. Hər iki qrupda abituriyent sayının çoxluğu ciddi şəkildə onların diqqətli olmasını qaçınılmaz edir”.

Ekspert bildirib ki, II və III ixtisas qrupunun abituriyentləri mayın 25-də birinci blok imtahanı verəcəklər:

“Onlar daha yaxşı hazırlaşmalıdırlar. Bu il III ixtisas qrupunda abituriyent sayının çox olması xüsusilə hüquq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlərciddi rəqabəti qaçınılmaz edir. Məsələn I ixtisas qrupu üzrə abituriyentlər iyunun 1-də imtahan verəcəklər. Burada 30 mindən çox abituriyentin 27 mindən çoxu Azərbaycan bölməsidir. I ixtisas qrupunda daha çox informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarında rəqabət olacaq. IV ixtisas qrupunda 6 min nəfərdən çox şəxs elektron ərizəsini təsdiqləyib. Burada da Qarabağ Universitetində tibb ixtisasının açılması yüksək ballı abituriyentlərin həm də oraya getməsinə gətirib çıxaracaq. III ixtisas qrupunda rus bölməsi abituriyentləri ən az 300 balı keçməlidirlər. Çünki 2800-dən çox şəxs rus bölməsi üzrə elektron ərizəsini təsdiq edib. Məsələn beynəlxalq münasibətlər ixtisası üzrə rus bölməsinin abituriyentləri şanslı deyil. Onlar gərək yüksək bal yığsınlar. Ümumilikdə 90 mindən çox şəxs elektron ərizəsini təsdiqləyib. Bu il ən ciddi vəziyyət II və III ixtisas qruplarında olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri