“Bu, açıq aşkar soyqırımıdır, lakin dünya susur” “Dünya bu alov topunu söndürməlidir...”
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər zamanı jurnalistlərin suallarını cavablandırarkən İsrailin həm Suriyada, həm də Qəzza zolağında həyata keçirdiyi əməliyyatları sərt tənqid edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, o, İsraili “beynəlxalq hüququ sistemli şəkildə pozmaqda və regionu sabitsizləşdirməkdə” ittiham edib.
Ərdoğan İsraili beynəlxalq hüquqa əsas təhlükə adlandıraraq bildirib ki, bu ölkə beynəlxalq qaydaları pozmağı adətə çevirib. Xüsusilə humanitar yardım daşıyan gəmilərə edilən hücumları pisləyən Türkiyə lideri qeyd edib: “Bütün dünya bilir ki, bu gəmilər humanitar yüklər daşıyır və beynəlxalq dənizçilik qaydalarına əməl edirlər. Bu gəmilərə edilən hücum – açıq-aşkar quldurluq və piratlıqdır.”
Qəzza zolağındakı vəziyyətə toxunan Ərdoğan, İsraili aclıq, dərman və təmiz su qıtlığını fələstinlilərə qarşı silah kimi istifadə etməkdə günahlandırıb. Onun sözlərinə görə, İsrail hərbi güclə qalib gələ bilmədiyi fələstinliləri ac və dərmansız qoyaraq sındırmağa çalışır.
“İsrail yeməyi, suyu və dərmanları silaha çevirib. Dünya isə bu soyqırımı, kütləvi qırğınları, suveren dövlətlərə hücumları və beynəlxalq təşkilatların əməkdaşlarını və infrastrukturunu məhv etməsini səssizliklə qarşılayır. Bu, açıq-aşkar soyqırımıdır, lakin dünya susur,” – deyə Ərdoğan vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti İsrailin fəaliyyətlərinə qarşı sükut zəncirini qırmağa çağırıb: “Dünya İsraildən böyükdür. O, gücünü göstərməli və bütün dünyanı alova bürüməyə çalışan bu alov topunu söndürməlidir. Əks halda gec olacaq və bu gün susanlar tarix qarşısında cavab verə bilməyəcəklər”.
Ərdoğan əlavə edib ki, İsrail törətdiyi cinayətlərə görə cəzasız qalacağını düşünməməlidir: “Ədalət gec-tez yerini tapacaq”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















