Icma.az
close
up
RU
Bu adaya hamı vizasız girə bilər Ən gözəl çimərliklər oradadır

Bu adaya hamı vizasız girə bilər Ən gözəl çimərliklər oradadır

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sakit okeanının qərbində, Fransadan beş dəfə böyük əraziyə səpələnmiş 600-dən çox adadan ibarət gizli bir cənnət var - Mikroneziya Federal Dövlətləri.

Milli.Az xəbər verir ki, vətəndaşlar bu adalara hava limanında verilən viza ilə 30 günə qədər səfər edib qalmaq imkanı əldə edirlər.

Mikroneziya dörd əyalətdən ibarətdir: Yap, Chuuk, Pohnpei və Kosrae.

Ölkənin cəmi 105 min əhalisi var, amma vizasız giriş siyasəti sayəsində dünyanın ən açıq ölkələrindən biri kimi tanınır.

1986-cı ildə müstəqillik qazanan Mikroneziya, qısamüddətli səfərlər üçün demək olar ki, bütün ölkələrin vətəndaşlarına vizasız giriş imkanı verir.

Səyyahlar sadəcə pasport və geri dönüş bileti ilə ölkəyə daxil ola bilirlər.

ABŞ vətəndaşları ölkədə müddətsiz qala bilər.

Digər ölkə vətəndaşları isə 30 günə qədər "hava limanında viza" ilə qalmaq hüququna malikdirlər. Daha uzun qalmaq istəyənlər immiqrasiya idarəsinə müraciət etməlidirlər.

Mikroneziya ağ qumlu çimərlikləri, şəffaf suları və toxunulmamış təbiəti ilə əsl açıq hava kartpostalını xatırladır.

Ən diqqətçəkən yerlərdən biri Nan Madol adlı qədim şəhərdir - bu məkan UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və "Pasifikin Venesiyası" kimi tanınır. Qədim şəhərin heç bir müasir texnologiya olmadan tikilməsi onun sirrini bu günə qədər qoruyur.

Başqa bir məşhur məkan - Chuuk Lagünü, II Dünya Müharibəsi dövründə batırılan 50-dən çox gəmi və 250 təyyarə qalıqları ilə dünyanın ən böyük dalış nöqtələrindən biri sayılır.

Mikroneziyanın iqtisadiyyatı əsasən balıqçılıq, dövlət sektoru və turizmə söykənir.

Ölkə iqlim dəyişikliyinə qarşı "Blue Prosperity Micronesia" layihəsi vasitəsilə okean ehtiyatlarını qorumağı hədəfləyir.
Pohnpei adası "Mikroneziyanın gizli xəzinəsi" kimi tanınır, Yap adasına gələn turistlərin sayı isə 2024-cü ilin ilk 8 ayında demək olar ki, iki dəfə artıb.

Mikroneziyaya birbaşa uçuş yoxdur. Avropadan səfər etmək istəyənlər adətən Guam və ya Honolulu üzərindən uçurlar.

United Airlines-ın "Island Hopper" adlı uçuş xətti 1968-ci ildən bəri Guam ilə Havay adaları arasında Mikroneziya adalarını birləşdirən yeganə müntəzəm hava marşrutu olaraq fəaliyyət göstərir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri