Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir Abdullah Gül AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















