Icma.az
close
up
RU
“Bu, amnistiya deyil, cəmiyyət genişmiqyaslı əmlak amnistiyasını gözləyir”

“Bu, amnistiya deyil, cəmiyyət genişmiqyaslı əmlak amnistiyasını gözləyir”

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.
Yeniavaz.com
"Kaspi" qəzetinə istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq: “Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər”.
"Bu, amnistiya deyil"
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər - yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".
"Qeyd olunan 500 min rəqəmi də real deyil"
Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".
"Vətəndaşın gözləntisi başqadır"
Həmsöhbətimiz sonda vurğulayıb ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır: "Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər".
Hansı torpaqlara çıxarış verilməyəcək?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər. Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq: "Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək. Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir".
Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir. Məsələn, üzərindən yüksəkgərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir".
"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək"
Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək: "Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır".
Vətəndaşlar hara müraciət etməlidirlər?
Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see259

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see172

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see164

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see143

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see137

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Ronaldo dubla imza ataraq Əl Nəsr ə Ər Riyad ı darmadağın etməkdə kömək edib

21 Sentyabr 2025 02:08see116

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri