Icma.az
close
up
RU
Bu andan sonra kimsə Qarabağla bağlı yeni məsələ qaldıra bilməz Sərdar Cəlaloğlu

Bu andan sonra kimsə Qarabağla bağlı yeni məsələ qaldıra bilməz Sərdar Cəlaloğlu

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Minsk qrupunun ləğvi əslində formal xarakter daşıyır. Çünki faktiki olaraq bu qurum uzun müddətdir fəaliyyət göstərmirdi. Xüsusilə Rusiya-Ukrayna müharibəsi həmsədrlər arasında ciddi gərginlik yaratmış, hətta onların münaqişə və ya müharibə vəziyyətində olduqları üzə çıxmışdı. Bu isə Rusiyanın, ABŞ və Fransanın həmsədr kimi əməkdaşlıq etməsinə imkan vermirdi".

Bu fikirləri Redaktor.az-a Minsk qrupunun ləğvi prosesindən danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi. Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində Qarabağ problemi köklü şəkildə həll olundu:

"Halbuki Minsk qrupunun yaradılmasında məqsəd məhz bu məsələnin sülh yolu ilə həllinə nail olmaq idi. Amma qurum öz mandatını yerinə yetirə bilmədi və fəaliyyət göstərdiyi 30 ildən artıq müddətdə bir dəfə də olsun problemin həllinə yönəlmiş konkret addımlar atmadı. Əksinə, hər dəfə Azərbaycana təslimçi təkliflər irəli sürdü. Xatırladaq ki, Madrid prinsipləri və digər razılaşmalarda əsas məqsəd Azərbaycan torpaqlarının Ermənistana verilməsi idi. Azərbaycan buna qarşı uzun müddət müqavimət göstərdi və nəticədə müharibə yolu ilə ərazilərini azad etdi. Bu da sübut etdi ki, Minsk qrupunun sülh yolu ilə problemin həll etmək imkanları tamamilə mənasız idi.

Hazırda qrup formal olaraq da ləğv edilib. Əslində baş verən hadisələr çoxdan onun fəaliyyətini iflic etmişdi, sadəcə kağız üzərində mövcudluğu qalırdı. İndi isə rəsmən də ləğv olunub. Bu qərar ciddi siyasi reallıq yaratmır, çünki qrup bir münaqişənin həlli üçün formalaşdırılmışdı, həmin münaqişə də artıq yoxdur. Əksinə, onun saxlanılması həmsədrlərə Qarabağ məsələsi üzərindən manipulyasiya etmək imkanı verə bilərdi. Məsələn, Rusiya zaman-zaman Qarabağla bağlı avantürist fikirlər səsləndirirdi, ABŞ və Fransa isə müxtəlif dairələr vasitəsilə “ermənilərin geri qaytarılması” məsələsini gündəmə gətirərək Azərbaycana təzyiq etməyə çalışırdılar".

Siyasətçi əlavə etdi ki, Minsk qrupunun ləğvi ilə artıq heç bir dövlət, o cümlədən ATƏT bu mexanizm üzərindən Azərbaycana təsir göstərə bilməyəcək:

"Bu isə ölkəmizin bölgədə daha müstəqil siyasət aparmasına şərait yaradır. Çünki vasitəçilərin mövcudluğu müəyyən mənada suveren hüquqların məhdudlaşması demək idi. İndi isə Azərbaycanın Minsk qrupu qarşısında heç bir öhdəliyi qalmayıb və dövlət xarici siyasətdə bütün addımları yalnız öz milli maraqlarına uyğun şəkildə ata biləcək. Eyni zamanda Minsk qrupunun ləğvi Qarabağ probleminin de-fakto bütün dünya tərəfindən həll olunmuş məsələ kimi qəbul edilməsini göstərir. Bu andan sonra kimsə Qarabağla bağlı yeni məsələ qaldıra bilməz. Azərbaycan hərbi yolla problemin həllinə nail olub, Minsk qrupu isə buraxılmaqla sülh yolu variantının da aktuallığını tamamilə aradan qaldırmış oldu. Beləliklə, bu məsələ üzərindən manipulyasiya etməyə çalışan qüvvələr artıq heç bir nəticə əldə edə bilməyəcəklər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri