Icma.az
close
up
RU
Bu aviaşirkət kök sərnişinlərdən iki bilet tələb edəcək

Bu aviaşirkət kök sərnişinlərdən iki bilet tələb edəcək

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-yə məxsus “Southwest Airlines” aviaşirkəti kök sərnişinlərlə bağlı yeni siyasətin tətbiqinə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, 27 yanvar 2026-cı il tarixindən etibarən şirkət oturacaqlarına sığa bilməyən sərnişinlərdən iki oturacaq üçün pul alacaq.

ABŞ-nin ən böyük aşağı büdcəli daşıyıcılarından biri olan “Southwest Airlines”in bu qərarı aviasiya sektorunda müzakirələrə səbəb olub.

Qaydaya əsasən, oturacaqlarına sığa bilməyən sərnişinlər uçuşdan əvvəl əlavə oturacaq üçün bilet almalı olacaqlar. Aviaşirkət qol dayaqlarının oturacaqlar arasında qəti sərhəd hesab edildiyini vurğulayıb.

Şirkət sərnişinlərə oturacaq eni məlumatlarını əvvəlcədən nəzərdən keçirməyi və lazım olan oturacaqların sayını müvafiq olaraq müəyyən etməyi tövsiyə edib.

“Southwest Airlines” kök sərnişinlərə təyyarənin ön hissəsində əlavə oturacaq üçün ödəniş edib sonra geri ödəmə tələb etmək və ya hava limanında pulsuz əlavə oturacaq tələb etmək kimi seçimlər təklif edirdi. Lakin bu təcrübə yeni qaydalarla sona çatır. İki oturacağa ehtiyacı olan sərnişinlər artıq sifariş zamanı hər iki oturacaq üçün ödəniş etməli olacaqlar.

Yeni siyasətə əsasən, ikinci oturacaq üçün geri ödəmə yalnız müstəsna hallarda mümkün olacaq. Müvafiq olaraq, uçuş ən azı bir boş oturacaqla yola düşməlidir, hər iki oturacaq eyni tarif sinfində alınmış olmalıdır.

Əlavə oturacağa ehtiyacı olan sərnişin biletini əvvəlcədən almazsa, bunu hava limanında etməli olacaq. Uçuş dolu olarsa, sərnişin növbəti mövcud uçuşa yönləndiriləcək.

Dəyişikliklər yalnız əlavə oturacaq seçimi ilə məhdudlaşmır. Şirkəteyni tarixdə yer təyinetmə sisteminə də keçəcək.

İndiyə qədər istifadə edilən açıq oturacaq tənzimləməsində sərnişinlər təyyarəyə mindikdən sonra istənilən mövcud yeri seçə bilirdilər. Yeni sistemlə bu təcrübəyə də son qoyulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri