Icma.az
close
up
RU
Bu aviaşirkət pauerbanklardan istifadəni qadağan edir

Bu aviaşirkət pauerbanklardan istifadəni qadağan edir

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarələrdə portativ enerji yığıcı qurğuların – yəni pauerbankların daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, uçuş zamanı pauerbanklardan istifadə qadağan olunacaq.

“Qafqazinfo”nun xarici mediaya istinadən verdiyi məlumata görə, aviaşirkətin rəsmi saytında bildirilir ki, hər sərnişin yalnız bir ədəd, tutumu 100 vatt-saata qədər olan xarici akkumulyator götürə bilər.

Bu qurğu yalnız əl yükündə daşına bilər və qeydiyyatdan keçmiş baqaja verilməsi qadağandır.

Bundan əlavə, uçuş zamanı pauerbankdan istifadə və ya onu enerji ilə doldurmaq icazəli deyil. Qurğu yalnız oturacağın altına və ya qarşıdakı oturacağın cibinə yerləşdirilməlidir. Baqaj rəfinə qoyulmasına icazə verilmir.

Şirkət bildirir ki, zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorlar yanğın, partlayış və ya zəhərli qaz sızması kimi təhlükələr yarada bilər. Bu səbəbdən yeni tədbirlər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

“Emirates”in daha əvvəl yayımladığı məlumatda qeyd olunur ki, təyyarəyə ayrıca qablaşdırma şəraitində maksimum 15 ədəd fərdi elektron cihaz (noutbuk, planşet, mobil telefon və s.) gətirməyə icazə verilir. Litium batareyaları iri həcmdə olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınması isə tamamilə qadağandır.

Digər bir BƏƏ aviaşirkəti olan “Etihad” da “Bluetooth” texnologiyası ilə işləyən portativ səsgücləndiricilərin daşınması ilə bağlı xəbərdarlıq yayıb. Şirkət nümayəndələrinin sosial şəbəkələrdə verdiyi açıqlamaya görə, bu qurğular həm əl yükündə, həm də baqajda daşına bilər. Lakin onlar da 15 icazə verilən elektron cihazın ümumi limitinə daxildir.

Bununla yanaşı, baqajda daşınan bütün cihazlar tamamilə söndürülməli və təhlükəsiz şəkildə qablaşdırılmalıdır. Əlavə akkumulyatorlar, pauerbanklar və elektron siqaretlərin qeydiyyatlı baqaja qoyulması isə qəti şəkildə qadağandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri