Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropanın əksər şəhərlərində gecə yarısı qaranlıq və sakitlik hökm sürür. Lakin qitənin şimalında bunun istisnası olan bir şəhər var. Söhbət Norveçin Tromse şəhərindən gedir. Şəhər Şimal qütb dairəsindən təxminən 300 kilometr şimalda yerləşir.

Qaynarinfo adevarul.ro-ya istinadən xəbər verir ki, yay aylarında, təxminən 20 maydan 22 iyuladək burada ən heyrətamiz təbiət hadisələrindən biri – qütb gündüzünü müşahidə etmək mümkündür. Bu müddətdə Günəş üfüqdən aşağı enmir və gün sanki sonsuz davam edir. Saat gecə yarısını, hətta 01:00-ı göstərdikdə belə, küçələrdə açıq hava fəaliyyətləri üçün kifayət qədər işıq olur. Günəş üfüqə yaxınlaşsa da, tamamilə yoxa çıxmır. Əksinə, trayektoriyasını dəyişərək yenidən səmaya qalxır.

Bu hadisə yerli sakinlərin gündəlik həyatının bir hissəsinə çevrilib. Tromsedə gecə saatlarında piyada yürüş edən, kayakla üzən və ya qayıq gəzintisinə çıxan insanlara rast gəlmək mümkündür.

Bu hadisənin səbəbi nədir?

Bu təbiət hadisəsinin səbəbi Yer oxunun meyilliyidir. Yay aylarında Şimal yarımkürəsi Günəşə doğru əyilir. Qütb dairəsindən kənarda yerləşən bölgələrdə bu, Günəşin bir neçə həftə ərzində üfüq üzərində qalmasına səbəb olur. Şimala getdikcə bu müddət daha da uzanır.

Məsələn, Şpitsbergen arxipelaqında Günəş təxminən 20 apreldən 22 avqustadək batmır.

Qışda Günəş doğmur

Tromsedə qütb gecəsi təxminən 28 noyabrdan 14 yanvaradək davam edir. Bu müddətdə Günəş üfüq üzərinə qalxmır. Lakin şəhər bütün gün ərzində tam qaranlığa qərq olmur. Günorta saatlarında səmada alatoranlığa bənzəyən mavi işıq yaranır və mənzərə özünəməxsus görüntü alır.

Tromse həmçinin qütb parıltısını görmək istəyən turistlər üçün ən populyar istiqamətlərdən biri hesab olunur.

“Şimalın Parisi”

Tromse yalnız qeyri-adi təbiət hadisələri ilə tanınmır. Şəhərin zəngin tarixi var və XIX əsrdə “Şimalın Parisi” ləqəbini alıb. Avropanın cənub bölgələrindən gələn səyyahları şəhər sakinlərinin təhsil və mədəniyyət səviyyəsi, eləcə də zövqləri heyrətləndirirdi.

Tromse bir adada yerləşir və körpülər, eləcə də yeraltı tunel vasitəsilə materik və qonşu adalarla birləşir. Şəhərin mərkəzində Şimali Norveçdəki ən böyük tarixi taxta evlər qruplarından biri yerləşir. Onlardan ən qədimi 1789-cu ilə aiddir.

Burada 1861-ci ildə inşa edilmiş kilsə də yerləşir. Bu tikili Norveçdəki yeganə taxta kilsə hesab olunur. Şəhərdə dünyanın ən şimalda yerləşən universiteti, həmçinin ən şimaldakı botanika bağı və planetari də fəaliyyət göstərir.

Tromse Arktika tədqiqatları tarixində də mühüm rol oynayıb. Şəhər çoxsaylı qütb ekspedisiyalarının başlanğıc məntəqəsi olub. Rual Amundsen və Fridtiof Nansen kimi tədqiqatçılar şimala səfərlərindən əvvəl ekipajlarını burada toplayıblar.

Qeyd edək ki, 40 ölkədə 200-dən çox Avropa şəhərini ziyarət edən turist daha əvvəl Avropada turist marşrutlarından kənarda qalan beş orta əsr şəhərciyini də açıqlayıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:376
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see346

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see310

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see282

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see265

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see262

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see261

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see260

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see258

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see249

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see242

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see238

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see237

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see237

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see230

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see223

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see212

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see208

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see207

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri