Bu avtobus sürücüləri cərimələnəcək
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qanunvericiliyə görə avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması qadağandır və buna görə sürücülər 100 manat cərimə olunur. Bəs avtobus sürücüləri öz zolaqlarından çıxıb digər zolağa daxil olduqda cərimələnə bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, avtobus zolaqları 1.1 üfiqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun həmin xətti keçərək digər zolağa daxil olması isə 1.1 — yəni düz xətt nişanlamasının tələbinin pozulması deməkdir.

“Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunur. Avtobus zolağından çıxan sürücü istəmədən də olsa qayda pozuntusu törətmiş sayılır”, - deyə o qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















