Bu avtobuslar gecə saat 12 yə qədər işləyəcək Video
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Metronun hərəkətində ediləcək dəyişikliyə görə ekspres avtobuslar fəaliyyətə başlayıb.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, “Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti sabahdan müvəqqəti dayandırılıb.
Xətlərin ayrılması başa çatana qədər sərnişinlərin daşınmasını təmin etmək məqsədilə Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb.
M1 ekspres avtobusları ilə yanaşı metronun “28 May” stansiyasının qarşısına “İnşaatçılar” və “20 Yanvar” metrosundan başlanğıcını götürəcək M2 və M3 ekspres avtobusları da gələcək. Sərnişinlərin mindirib-düşürülməsi bu məntəqədə həyata keçiriləcək. Eyni zamanda, 20 müntəzəm marşrutda avtobusların sayının artırılması həyata keçiriləcək.
Metronun “Gənclik” stansiyasına isə başlanğıcını “Elmlər Akademiysı”ndan götürən M6 ekspres avtobusları ilə yanaşı, “20 Yanvar” metrosundan hərəkət edən M5 avtobusları da gələcək. M2 nömrəli avtobuslar isə “İnşaatçılar-Nizami” və “28 May” stansiyalıarı arasında fəaliyyət göstərəcək. Başlanğıcını Abbas Mirzə Şərifzadə küçəsindən, yəni “İnşaatçılar” metrosunun qarşısından götürəcək bu avtobuslar hərəkətini Nəsrəddin Tusi klinikası istiqamətində davam etdirəcək.
Sərnişin axınının sıx olduğu “20 Yanvar” metrostansiyası ətrafında 3 ekspres marşrut xətti təşkil edilib.
“20 Yanvar” metrosundan çıxan M4 nömrəli avtobuslar son olaraq Alov parkının qarşısında dayanacaqlar. Layihənin icra müddətində metronun “28 May”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarının qarşısında nəqliyyat könüllüləri fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:Bu avtobuslar gecə saat 12 yə qədər işləyəcək VİDEO
14 Avqust 2026 21:42
Bakıda avtobuslar gecə 12 yə qədər işləyəcək Rəsmi
22 Sentyabr 2025 11:48
Bu gün avtobuslar saat neçəyə qədər işləyəcək? RƏSMİ
25 Fevral 2025 12:08
Bu gün avtobuslar bu saata qədər işləyəcək
21 Fevral 2025 12:55
Baxış sayı:157
Bu xəbər 16 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















