Icma.az
close
up
RU
Bu avtomobillərin qiymətləri artacaq

Bu avtomobillərin qiymətləri artacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın lüks idman avtomobilləri istehsalçısı "Ferrari N.V." ABŞ-nin idxal rüsumlarını artırmasına cavab olaraq aprel ayında bəzi modellərin qiymətini 10 % qaldırmağı planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, 2 aprel tarixinədək ABŞ-yə gətirilən "Ferrari" modellərinin qiyməti dəyişməyəcək.

Qiyməti sabit qalacaq modellərə "Ferrari 296", "SF90" və "Roma" daxildir.

Lakin "Purosangue", "12Cilindri" və "F80" kimi daha məşhur modellər bahalaşacaq.

Bəs qiymətlər nə qədər bahalaşacaq?

“Purosangue” hazırkı başlanğıc qiyməti 430 min dollar olan bu model təxminən 43 min dollar bahalaşacaq.

Məhdud sayda istehsal edilən və 3,5 milyon dollardan başlayan “F80” model isə 350 min dollardan çox bahalaşacaq.

“Ferrari”-nin satışları və ilk elektrik modeli

2024-cü ilin nəticələrinə görə, “Ferrari”-nin satışları 1 % artaraq 13,752 avtomobilə çatıb. Şirkət oktyabr ayında ilk elektrik avtomobilini təqdim etməyi planlaşdırır.

Ekspertlər bildirirlər ki, idxal rüsumlarının satışlara necə təsir edəcəyi hələ dəqiq məlum deyil. Çünki “Ferrari”-nin əksər modelləri üçün bir ildən çox gözləmə siyahısı var.

ABŞ-nin “CNBC” telekanalının məlumatına görə, "Ferrari" sahibləri adətən kifayət qədər varlıdır və bu qiymət artımını asanlıqla qarşılaya bilərlər.

Bununla belə, şirkətin baş icraçı direktoru Benedetto Viña bildirib ki, "Ferrari" müştərilərinə həddindən artıq əlavə yük yükləməmək üçün qiymət siyasətində diqqətli olmalıdır.

Qeyd edək ki, Milan birjasında “Ferrari”-nin səhmləri 3,3 % bahalaşıb.

Şirkətin bazar dəyəri son 12 ayda təxminən 95 milyard avro səviyyəsində qalıb, halbuki İtaliyanın FTSE MIB indeksində 12 %-lik artım qeydə alınıb.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri