Icma.az
close
up
RU
Bu ay “Trendyol”dan hər kəs qazanacaq Bakıda influenserlərlə görüş+Fotolar

Bu ay “Trendyol”dan hər kəs qazanacaq Bakıda influenserlərlə görüş+Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması olan “Trendyol” Azərbaycanda əməkdaşlıq etdiyi influenserləri bir araya toplayıb.

“Qafqazinfo” xəbər verir ki, 150-dən çox sosial məzmun yaradıcısının qatıldığı ‘’Qazandıran günlər” adlı görüşdə əməkdaşlıq və kampaniyalar, noyabr ayının fürsətləri ilə bağlı müzakirələr aparılıb.

“Trendyol”un İnfluencer marketinq üzrə meneceri Atanur Sümer noyabr ayının şirkətin satış bazarında xüsusi çəkisi olduğunu diqqətə çatdırıb. Noyabrda “Tredyol’’un iki böyük kampaniyası olacaq: bunlardan biri- “Super alış-veriş günləri”nin artıq başlayıb, “Əfsanə günlər”in isə 27 noyabr -2 dekabr aralığında baş tutacaq.

“Noyabr ayı “Trendyol” müştəriləri üçün bayram hesab olunur. Ötən il ərzində 2 mindən çox influenser tərəfindən 50 mindən artıq kontent paylaşıb. Bunlar “Trendyol”un dünyada necə böyük bir şəbəkə yaratdığını göstərir. Ötən il 8,6 milyondan çox baxışımız olub. Bu o deməkdir ki, 8,6 milyon dəfə linkə keçid edilib. Bu il də ınfluencer əməkdaşlığında 2024-cü ildəkindən daha aktiv olacağımızı düşünürük”, – A.Sümer bildirib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda içərisində meqa, makro, mikro influenserlərin olduğu çox böyük komanda qurulub. Bu influenserlər satıcılarla birlikdə məhsulları müştərilərə təqdim edirlər.

Görüşdə sosial məzmun yaradıcılarına bu ay da çoxlu əməkdaşlıq təkliflərinin olacağı vurğulanıb:

“Bu ilin noyabr ayında təklif olunan kampaniyalarda 9 milyondan çox ziyarətçi gözləyirik. Apardığımız təhlillər builki rəqəmin ötənilki dövrlə müqayisədə yüksək olacağını söyləməyə əsas verir. Bu ilin oktyabrında nəticələr də ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksəkdir”.

Qeyd edək ki, “Trendyol” Azərbaycan bazarına 2023-cü ildən etibarən daxil olub və ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Şirkətin Azərbaycanda 2 milyondan çox müştərisi var.

Gülnar Əliyeva
















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri