Icma.az
close
up
RU
Bu aylarda yetişən qarpız həm də xərçəngin dərmanı imiş Mütəxəssisdən vacib TÖVSİYƏ

Bu aylarda yetişən qarpız həm də xərçəngin dərmanı imiş Mütəxəssisdən vacib TÖVSİYƏ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövzümü olmadığı halda bazar və marketlərdə qarpıza rast gəlinir.

Bəs mövsüm gəlmədən satılan qarpızın orqanizm üçün hansı ziyanları ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi  Məhsəti Hüseynova bildirdi ki, Azərbaycan üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarından başlayaraq avqust ayını əhatə edir.

Onun sözlərinə görə, bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək, eyni zamanda orqanizm üçün faydalı olur:

"Yaxşı olar ki, xüsusilə də həssas qrupdan olanlar azyaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən xanımlar məhz təbii mövsümdə yetişən qarpızları alsınlar.

Bir çox hallarda mövsümündən əvvəl də satışda qarpıza rast gəlmək olur. Bu, adətən ya xüsusi istixanalarda yetişdirilən qarpızlardır, ya da isti ölkələrdən gətirilən qarpızlar olur ki, bu məqamlarda da onların gətirilmə, saxlanma zamanı əgər hər hansısa xüsusi kimyəvi maddələrdən çox istifadə olunmayıbsa, bu şərtlə az miqdarda istifadə etmək olar. Ancaq qarpızın faydalı xüsusiyyətlərindən yararlanmaq istəyiriksə, bu, yerli mövsümü olan qarpızlardır".

M.Hüseynova qeyd etdi ki, qarpızın faydalı xüsusiyyətləri var:

"Qarpızın tərkibinin daha çox hissəsinin su olması, eyni zamanda vitamin və antioksidant maddələrlə zəngin olması nəzərə çarpır. A, C vitaminləri qarpızın tərkibində çoxdur. Likopen maddəsi var ki, bu da birbaşa olaraq orqanizmdə xərçənglə mübarizə apararaq qoruyucu xüsusiyyət daşıyır. Kalori dəyəri aşağı olduğuna görə qarpız asan həzm olunan qidalar sırasındadır. Lif tərkibli olduğu üçün həzm sisteminə faydalıdır. Bir çox hallarda sərinləşdirici qida kimi də istifadə olunur.

Süni şəkildə, istixanalarda yetişdirilən, kimyəvi maddə istifadə olunursa, bu zaman allergik reaksiyalarla yanaşı həzm sisteminin pozulması baş verir. Kimyəvi maddələrin çox olması zəhərlənməyə də səbəb ola bilər. Buna görə yaxşı olar ki, təbii mövsümündə yetişən qarpızlar qəbul olunsun. Əks halda digər qarpızlar hər orqanizmə fərdi, fərqli təsir göstərə bilər. Bu kimyəvi maddələrdən qaynaqlanan köp, şişkinlik, qarında ağrı və allergik reaksiyalar, səpki, qaşıntı müşahidə olunur. İnsulin müqaviməti olan insanlar, şəkərli diabet xəstələri miqdarı keçmədən qəbul etməlidirlər".

Mütəxəssisinin sözlərinə görə, qarpızı soyuq şəkildə qəbul etdikdə orqanizmə zərərli ola bilər.

"Həzm yolları və mədənin soyuqlamasına, iltihablanmasına səbəb ola bilər. Alarkən diqqət etmək lazımdır ki, vaxtında, təbii yetişdirilən olsun, çox iri olmamalıdır. Parlaq, qırmızı, naxışları tam aydın görünən, birbaşa olaraq günəş şüaları altında satılmayan qarpızlar daha yaxşı olar. Çünki uzun müddət günəş şüaları altında qaldıqda keyfiyyətini itirir. Bu da onun tərkibində müəyyən dəyişikliklərə səbəb ola bilər. Bunun isə sağlamlıq üçün fəsadları ola bilər", - deyə müsahibimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri