Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu, Azərbaycana lazım deyil COP29da hansı sirlər ifşa olundu? KONKRET

Bu, Azərbaycana lazım deyil COP29da hansı sirlər ifşa olundu? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsi qurtarar-qurtarmaz Qərb dövlətlərinin iç üzü açılmağa başladı. Sən demə, xristian təəssübkeşliyi və ikili standartlar Avropanın canındaymış.

Avropada müsəlmanlara, xüsusilə türklərə münasibət əsrlər boyu özünü göstərib və Qərbin müsəlman dünyasına düşmən münasibəti də ortadadır. İslamofobiyanın tüğyan etdiyi zamanda anti-Türkiyə, anti-Azərbaycan mövqeyi Avropada hər gün yeni forma alır. 30 il Azərbaycan ərazilərinin işğalına göz yuman, bizi işğalla barışmağa çalışan Qərb öz yurd-yuvalarından qaçqın düşən 1 milyona yaxın azərbaycanlının taleyinə də biganə idi. Azərbaycan suveren ərazilərini azad edəndə isə başqa hava çalmağa başladılar. Sən demə, ərazilərimizin işğaldan azad edilməsi bunların ürəyincə deyilmiş.

Məhz Ermənistanın acı məğlubiyyəti ilə barışmayan Qərb ermənilərin müdafiəçisi rolunda çıxış etməyə başladı. Qarabağdakı ermənilərin “pozulan” hüquqlarını siyasi platformalarda qabardan Avropa siyasətçilərinin əslində, bir nöqtədən idarə olunması şübhə doğurmurdu. Açıq-aydın Ermənistanı müdafiə edən, İrəvana hərbi-siyasi yardım göstərən Fransanın apardığı siyasətin başında anti-Azərbaycan mövqeyi dayanırdı. Danışıqlarda Ermənistanın yanında olan, Paşinyanı bir dəqiqə gözündən qoymayan Fransa prezidenti Avropanın digər dövlətlərini də Azərbaycan əleyhinə iş aparmağa sövq edə bilmişdi.

Məhz kollektiv Qərbin təsiri altında siyasi təşkilatlarda Azərbaycanın əleyhinə bəyanatlar səslənir və qətnamələr qəbul edilirdi. Öləkəmizi “etnik” təmizləmədə ittiham edən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır və bizi sanksyalarla hədələməkdən belə çəkinmirlər. Hələ ötən il Qarabağda anti-terror tədbirlərindən əvvəl, ermənilərin “blokada” şousuna Avropa siyasətçiləri əməlli- başlı reaksiya nümayiş etdirdilər.

Avropanın siyasi dairələrində geniş müzakirə edildikdən sonra məsələ BMT TŞ-yə çıxarıldı. Fransanın dəstəyi ilə aparılan dinləmələrdə Ermənistanın mövqeyini müdafiə edən dövlətlərdən biri də Almaniya idi. Almaniyanın xarici işlər naziri Annalena Berbokun Təhlükəsizlik Şurasındakı çıxışı isə başdan-başa Azərbaycan əleyhinə olan tezislərdən ibarət idi. Azərbaycana qarşı xüsusi antipatiya nümüyiş etdirən Berbok ölkəmizi “etnik” təmizləmədə, “soyqırımı” siyasəti həyata keçirməkdə suçlamaqla bərabər, özünü Fransa prezidentinin vəkili kimi aparırdı. Berbokun çıxışındakı erməni sevgisi özünü daha aydın göstərirdi. Eyni zamanda almaniyalı nazir erməni lobbisi qarşısında götürdüyü öhdəliyi yerinə yetirməliydi. Amma buna nail ola bilmədilər və anti-Azərbaycan siyasətləri iflasa uğradı.

Sonrakı mərhələlərdə də ölkəmizin hədəf seçilməsi və Avropa Parlamentində qərəzli qərarlar, ayrı-ayrı ölkələrin parlametlərinin Azərbaycanın daxili işlərinə qarışması da ölkəmizə olan düşmənçiliyin davamı idi. Qarabağdan öz xoşlarıyla köçən erməni əhalisinin hüquqlarının müdafiəçisi kimi çıxış edən Almaniya xarici siyasətinin rəhbəri COP29-a da təşrif buyurdu. Səfər Ermənistandan başladı. Hələ Annalena Berbok İrəvanda olanda Ermənistan mətbuatı yazırdı ki, Almaniya Xarici İşlər Naziri erməni qaçqınların durumuyla maraqlanıb və onlara dəstək nümayiş etdirib.

Eyni zamanda Bakıda saxlanılan erməni cinayətkarlara görə möhkəm narahatlıq keçirib. Ermənistanda isti qarşılanan, Azərbaycanı asıb-kəsən Berbok COP29-da iştirak etmək üçün Bakıya İrəvandan gəldi. Amma onun gəlişi adi gəlişə bənzəmirdi və almaniyalı nazir Bakıya xüsusi “ittihamlarla” təşrif buyurmuşdu. İqlim dəyişikliyindən başqa bütün mövzulara toxunan Berbok Bakıda Azərbaycan əleyhinə bəyanatlar səsləndirir, ölkəmizi insan haqlarının pozulmasında ittiham edir və nəhayət əsas dərdini deməyə macal da tapır. Erməni məsələsini qabardan Berbok az qala özünü Berlində və Parisdəki kimi aparıb.

Əslində Almaniyanın COP29-da iştirakı böyük maraqla gözlənilirdi. Dünyada atmosferi daha çox çirkləndirən, istixana qazlarını atmosferə atan, qlobal iqlim dəyişikliyinə öz “töhfəsini” verən Almaniyanın üzərinə götürdüyü öhdəliklər nədən ibarət olmalıydı? Bəlkə böyük sənayə müəssisələrinə sahib Almaniyadan karbon emisiyaları atmosferə atılmır? Bəlkə Almaniya dövləti xüsusi texnologiya vasitəsi ilə iqlim dəyişikliyini qoruyur və qlobal istiləşmədə almanların heç bir günahı yoxdur? Birinci sənayə inqilabında böyük pay sahibi olan Almaniya indiyədək atmosferi ən çox çirkləndirən ölkələrdən biridir.

Amma bu ölkənin nümayəndəsini dünyanın başına açdıqları oyun deyil, tədbiri təşkil edən dövlətin daxili siyasəti daha çox maraqlandırır. Ona elə gəlir ki, Avropada oturub hər bir dövlətin işinə burun soxmaq asan məsələdir. Hələ almanların bəşəriyyətin başına gətirdikləri fəlakətin acısı unudulmayıb və Almaniya rəsmisi Azərbaycana ədalət dərsi keçməyə cəhd göstərir. Utanmadan, çəkinmədən gözümüzün içinə baxaraq ağ yalanlar uydurur, Azərbaycanı ittiham edir. İnsan hüquqları, etnik təmizləmə, nə bilim daha nələr… Dünyanın gözü qarşısında baş verən Yaxın Şərqdəki qətilam qalıb bir tərəfdə, öz xoşuna ərazilərimizdən gedən beş-on erməninin “pozulan hüquqları”nın qeydinə qalırlar. Bizə diqtə etmək istədikləri Avropa dəyərləri budursa, Azərbaycana belə dəyər lazım deyil.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri