Icma.az
close
up
RU
Bu, Azərbaycanda idarəetmənin yenilənməsini hədəfləyir Şərh

Bu, Azərbaycanda idarəetmənin yenilənməsini hədəfləyir Şərh

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rəqəmsallaşma yalnız texniki yenilik deyil, bütövlükdə idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Dövlət xidmətlərinin elektron mühitə keçirilməsi, məlumatların vahid sistem üzərindən idarə olunması, süni intellekt əsaslı analitik mexanizmlərin qərarvermə prosesinə inteqrasiyası idarəetmədə çevikliyi və şəffaflığı artırır. Elektron hökumət platformalarının inkişafı və xidmətlərin rəqəmsallaşdırılması vətəndaşların dövlət qurumlarına çıxışını asanlaşdırır, vaxt itkisini azaldır və insan faktorundan qaynaqlanan subyektiv halların qarşısını alır. Bu proses vətəndaş–dövlət münasibətlərini daha operativ və səmərəli edir, ictimai etimadı daha da gücləndirir”.

Bunu Ölkə.az-a açıqlamsında deputat Asif Əsgərov deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan rəqəmsal transformasiya qeyri-neft sektorunun inkişafına güclü təkan verir və iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirir. “Startap ekosisteminin genişlənməsi, innovativ sahibkarlığın təşviqi, texnologiya əsaslı biznes modellərinin formalaşması və rəqəmsal platformalar üzərindən xidmət ixracı yeni iş yerlərinin yaranmasına səbəb olur. Elektron ticarətin inkişafı, maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi biznes mühitini daha dinamik edir. Xüsusilə gənclərin informasiya texnologiyaları sahəsinə marağının artması ölkənin insan kapitalının güclənməsinə, yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına xidmət edir. Rəqəmsal iqtisadiyyatın payının artması ümumi daxili məhsulun strukturunda balansın təmin olunmasına, innovasiya əsaslı artım modelinin formalaşmasına imkan yaradır”, - o vurğulayıb.

 Deputat əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi də rəqəmsal potensial baxımından mühüm üstünlüklər yaradır: “Asiya ilə Avropa arasında yerləşmə yalnız fiziki tranzit imkanları ilə məhdudlaşmır, bu mövqe, eyni zamanda məlumat axınının ötürülməsi üçün alternativ rəqəmsal marşrutların formalaşdırılmasına şərait yaradır. Regional nəqliyyat və enerji layihələri çərçivəsində yaradılmış geniş infrastruktur bazası rəqəmsal kommunikasiya şəbəkələrinin inkişafı üçün möhkəm təməl rolunu oynayır. Fiber-optik xətlərin genişləndirilməsi, beynəlxalq məlumat ötürmə kanallarının şaxələndirilməsi ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivini gücləndirir və informasiya təhlükəsizliyi baxımından əlavə üstünlüklər yaradır”.
O əlavə edib ki, bu kontekstdə Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə irəli sürülən rəqəmsal inkişaf strategiyası ölkəmizin gələcək onilliklər üçün prioritetlərini müəyyənləşdirən mühüm siyasi xətt kimi dəyərləndirilir: “Bu strategiya ölkənin uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilərək iqtisadiyyatın modernləşdirilməsini və idarəetmənin yenilənməsini hədəfləyir”.

Deputat hesab edir ki, rəqəmsal transformasiya Azərbaycan üçün alternativ deyil, zəruri və strateji inkişaf mərhələsidir. “Texnologiyaya əsaslanan iqtisadi model, innovativ idarəetmə yanaşması, güclü enerji təminatı və inkişaf etmiş insan kapitalı ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas faktorlar kimi çıxış edir. Bu strategiyanın ardıcıl və sistemli icrası Azərbaycanın qlobal rəqəmsal proseslərdə rəqabət qabiliyyətini artıracaq, onu regionda innovasiya və texnoloji inkişaf mərkəzlərindən birinə çevirəcək”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Fevral 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri