Icma.az
close
up
RU
Bu Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcək Mütəxəssis

Bu Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcək Mütəxəssis

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Prezidentin müvafiq Fərmanı ilə Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından obyektiv qərardır. Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda, kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib".

Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, hüquqi struktur və idarəetmə modeli baxımından yanaşdıqda, yeni Agentliyin fəaliyyət mexanizmində üç əsas rasyonal məqam önə çıxır. Birincisi, reaktiv rejimdən preventiv analitikaya keçiddir. Qurumun əsas iş fəlsəfəsi baş vermiş kiberinsidentlərin fəsadlarının ardınca qaçmaq deyil, erkən xəbərdarlıq sistemləri vasitəsilə riskləri öncədən təsbit edib zərərsizləşdirmək üzərində qurulur. Bu yanaşmanın milli kritik infrastrukturlarda data və maliyyə itkilərini minimuma endirmək baxımından böyük iqtisadi səmərəlilik və rəqəmsal dayanıqlılıq yaradacağını düşünürəm:

"İkincisi, Milli CERT və koordinasiya boşluğunun qapadılmasıdır. Dövlət qurumları, maliyyə-bank sektoru, provayderlər və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz fəaliyyət göstərəcək. Fərmanda ali kateqoriyalı dövlət orqanları və kritik infrastrukturlarla bağlı müəyyən istisnaların və limitlərin qoyulması isə digər xüsusi xidmət orqanları ilə səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış çox rasyonal bir yanaşmadır. Üçüncüsü isə maliyyə çevikliyi və istedadların saxlanılması məsələsidir. Agentliyin publik hüquqi şəxs statusunda, özünümaliyyələşdirmə modelinə əsaslanaraq fəaliyyət göstərməsi ona korporativ çeviklik qazandırır. Bu model, dövlət strukturlarında tez-tez rast gəlinən kiber-mütəxəssislərin xaricə və ya özəl sektora qaçışı probleminin qarşısını almaq üçün bazara uyğun, rəqabətədavamlı əməkhaqqı şərtlərinin formalaşdırılmasına zəmin yaradır. Vətəndaş müstəvisində isə fərdi məlumatların qanunsuz toplanması və işlənilməsinə qarşı nəzarətin bu Agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı qanunvericilik aktlarından praktik tətbiq mərhələsinə keçirir. Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcəkdir. Bu mühüm transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq daxili texnoloji infrastrukturun subyektlərlə real vaxt rejimində nə dərəcədə qüsursuz və çevik inteqrasiya olunacağından birbaşa asılı olacaqdır".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri