Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm? Paşinyan
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadratkilometrdir və bu əraziyə Azərbaycanın üç anklavı daxil deyil.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Mən Kərkinin qaytarılmasından danışmamışam. Sadəcə belə bir ərazinin mövcud olduğunu qeyd etmişəm. 29 743 kvadratkilometr Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistanın eksklavları, o cümlədən Artsvaşen (Başkənd) də bu əraziyə daxildir. Əgər biz bundan çıxış etmiriksə, faktiki olaraq deyirik ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 deyil, məsələn, 29 755 kvadratkilometrdir. Bu isə dolayı yolla Azərbaycana müharibə elan etmək demək olardı. Mən bütün bunları niyə deyirəm? Torpaqları təhvil verməkdə və xəyanətdə ittiham olunmağınıza baxmayaraq, mən bunu niyə edim? Mən mazoxistəm? Mən bunları hakimiyyətdə qalmaq üçün deyil, təhlükəni aradan qaldırmaq üçün edirəm. Hazırda Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı müzakirələr aparılmır. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı problemlər qalır. Daxildə və xaricdə sülhü pozmağa və eskalasiyaya səbəb olmağa çalışan qüvvələr var”, - Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Avqust 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















