Bu azərbaycanlılar Ermənistana gedir Səfər tarixi bilindi
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Növbəti altı ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərlərinin həyata keçirilməsi gözlənilir ki, bu da başlayan ikitərəfli dialoq prosesinin davamı olacaq.
Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-də Ermənistana səfəri daha geniş qarşılıqlı fəaliyyət proqramının bir elementi olub:
“Bizim səfərimiz anidən olmayıb. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana və Ermənistan nümayəndə heyətlərinin Azərbaycana gələcək səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də ən azı qarşıdakı altı ay ərzində biz Ermənistana bir neçə dəfə səfər edəcəyik. Ola bilsin ki, söhbət təkcə paytaxtdan deyil, həm də ayrı-ayrı bölgələrdən gedəcək”.
F.Məmmədov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri ilin sonuna qədər planlaşdırılır və konkret tarixlər artıq müəyyənləşdirilib:
“Proses yaxın zamanda həyata keçiriləcək. İctimaiyyət səfər, müzakirələrin gedişi və nəticələri haqqında vaxtında məlumatlandırılacaq. Bizim üçün təkcə görüşün özü deyil, həm də real nəticələr vacibdir. Buraya müzakirə olunacaq mövzular və konkret layihələrin həyata keçirilməsi daxildir”.
O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanda işçi qrupu, həm də yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
Baxış sayı:34
Bu xəbər 18 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















