Icma.az
close
up
RU
Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? Video

Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

32 saylı uşaq bağçasında istifadə olunan ət məhsullarında xoşagəlməz qoxu müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri Ajans.az paylaşıb. 

Bağçada çalışan aşpazlar iddia ediblər ki, paltarlarını ayaqyolunda dəyişməyə məcbur olunurlar. Bu da ciddi gigiyena qaydasının pozulmasıdır.

Onların sözlərinə görə, ət və ət məhsullarını müqavilə əsasında bağçaya gətirən “Depot” MMC-yə məsələ ilə bağlı səsli mesajlar və videogörüntülər göndərilib, tədbir görülməsi xahiş edilib. Eyni zamanda bağça rəhbərliyi məlumatlandırılsa da, iddialara əsasən, hər hansı tədbir görülməyib.

Valideynlər bağçada təqdim olunan ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriblər. Məlumata görə, AQTA nümayəndələri bir həftə əvvəl bağçada yoxlama aparıb və ət məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib.

Valideynlər uşaqların sağlamlığına potensial təhlükə yarada biləcək bu məsələ ilə bağlı indiyədək heç bir tədbirin görülməməsindən narahat olduqlarını vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq 32 saylı bağçada yoxlama keçirildiyi bildirilib:

“Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq “Qubadoğlu” MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının “El-Oba” MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə “Depot” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə  hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib. Nəzarət tədbirləri davam edir”. 









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri