Icma.az
close
up
RU
Bu, Bakı üçün yeni geosiyasi imkanlar yaradır Şərh

Bu, Bakı üçün yeni geosiyasi imkanlar yaradır Şərh

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın son illərdə formalaşdırdığı çoxvektorlu, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət regional güc balansında tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqların ən mühüm istiqamətlərindən biri məhz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsidir. Prezident İlham Əliyevin Özbəkistana səfəri, Mərkəzi Asiya Məşvərət Şurasında iştirakı və Azərbaycanın quruma tamhüquqlu üzv seçilməsi bu əlaqələrin strateji mahiyyətini açıq şəkildə göstərir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, bu hadisə təkcə diplomatik jest deyil: “Bu, Azərbaycanın türk dünyasında və bütövlükdə Avrasiya məkanında yüksələn nüfuzunun siyasi təsdiqi, həmçinin yeni geosiyasi arxitekturanın formalaşmasında Bakının lider rolunun qəbul edilməsi deməkdir”.

Onun firkincə, Azərbaycan–Mərkəzi Asiya xətti strateji mərkəzə çevrilməklə tamamilə yeni geosiyasi reallıq yaradır: “Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda qazandığı tam suverenlik və yaratdığı yeni təhlükəsizlik düzəni Bakı üçün yeni geosiyasi imkanların qapısını açdı. Bu reallıq Mərkəzi Asiya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan bölgədə sabitlik və təhlükəsizlik təminatçısı kimi çıxış edir; enerji, nəqliyyat və logistika sahələrində qitələrarası möhtəşəm körpü rolunu oynayır; türk dünyasının qərb qolu kimi Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlayıcı mərkəzə çevrilib.

Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına qəbul edilməsi də məhz bu yeni reallığın siyasi təzahürüdür”.

Prezident İlham Əliyevin Özbəkistana səfərini iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edən deputat bildirib ki, səfər zamanı aparılan danışıqlar, imzalanan sənədlər, regional proseslərə dair koordinasiya və türk dünyasının gələcək inkişaf strategiyası barədə verilən mesajlar Azərbaycan–Özbəkistan tandeminə xüsusi dinamika verməkdədir: “Bu səfərin əhəmiyyəti bir neçə mühüm istiqamət üzrə özünü göstərir. Birincisi, geosiyasi əhəmiyyətə gəldikdə Azərbaycan və Özbəkistan Mərkəzi Asiyada və Cənubi Qafqazda yaranan çağırışlara ortaq mövqedən cavab verir.
Bakı və Daşkənd Çin–Mərkəzi Asiya–Azərbaycan–Avropa dəhlizinin əsas dayaqlarına çevrilərək, Avrasiyada yeni geosiyasi xəritə formalaşdırır. İki ölkənin liderlərinin koordinasiyası Türk Dövlətləri Təşkilatında vahid siyasi mərkəzin güclənməsinə xidmət edir.

İkincisi, iqtisadi və nəqliyyat əməkdaşlıq baxımdan Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında enerji, logistika və sənaye sahələrində əməkdaşlıq sürətlə genişlənir. Bu layihələr yalnız iqtisadi deyil, strateji təhlükəsizlik və siyasi sabitlik layihələridir.

Üçüncüsü, humanitar və mədəni inteqrasiya baxımdan da Azərbaycan və Mərkəzi Asiya xalqlarını birləşdirən tarixi, mədəni və mənəvi bağlar dövlətlərarası münasibətlərə xüsusi ruh verir.
Bu istiqamət ümumtürk kimliyinin möhkəmlənməsində əsas rol oynayır.

Dördüncüsü, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımdan regionda artan risklər fonunda Azərbaycan və Mərkəzi Asiya dövlətləri təhlükəsizlik məsələlərinə yeni yanaşma sərgiləyirlər. Bu, müdafiə sənayesi üzrə birgə layihələr, hərbi təlimlərin artırılması, antiterror və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq, o cümlədən regional sabitlik üzrə birgə mexanizmlərin yaradılmasını şərtləndirir. Bu da nəticədə türk dövlətlərinin vahid təhlükəsizlik fəlsəfəsinin formalaşmasına xidmət edir”.
Deputat hesab edir ki, Azərbaycan Prezidenti tərəfindən Mərkəzi Asiya ölkələri ilə yürüdülən məqsədyönlü siyasət nəticə etibarilə Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid güc mərkəzinin formalaşmasına xidmət edir: “Prezident İlham Əliyevin Özbəkistandakı iştirakının ən mühüm nəticələrindən biri TDT çərçivəsində inteqrasiya proseslərinin daha da sürətlənməsidir. Artıq türk dövlətləri arasında münasibətlər sadəcə qardaşlıq əlaqələri deyil, vahid siyasi, iqtisadi və təhlükəsizlik məkanının qurulması səviyyəsinə yüksəlir. Türk dövlətləri Avrasiyada vahid güc mərkəzinə çevrilmək istiqamətində irəliləyir”.

O əlavə edib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar isə əməkdaşlığı daha da dərinləşdirir: “Azərbaycan öz siyasi iradəsi, iqtisadi potensialı və hərbi gücü ilə ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, yeni nəqliyyat xəritəsinin formalaşması, regional təhlükəsizlikdə lider mövqe kimi yeni reallıq yaratdı. Bu reallıqlar Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirir və strateji tərəfdaşlığın çoxşaxəli platformasını yaradır. Prezident İlham Əliyevin Özbəkistana səfəri və Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur. Bu hadisə türk dünyasında yeni siyasi mərkəzin formalaşmasını sürətləndirir; Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə qaldırır; Avrasiyanın geosiyasi düzənində Azərbaycanın rolunu daha da gücləndirir; Regional sabitlik, iqtisadi inteqrasiya və təhlükəsizlik baxımından strateji dönüş nöqtəsi yaradır. Azərbaycan bu gün sadəcə keçid ölkəsi deyil, Avrasiyanın siyasi, iqtisadi və humanitar mərkəzlərindən biri statusuna doğru inamla irəliləyir”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri