Icma.az
close
up
RU
Bu Bakıda mərhələli şəkildə tətbiq oluna bilər KONKRET

Bu Bakıda mərhələli şəkildə tətbiq oluna bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün tədqiq edildiyi və planlaşdırıldığı təqdirdə effektiv ola bilər. Bu mexanizm tətbiq edilərsə, şəhər mərkəzinə zərurət olmadan daxil olan avtomobillərin sayı azalacaq və mərkəzin funksiyası tədricən dəyişəcək…”

KONKRET.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün planlaşdırıldıqda effektiv ola bilər:

“Şəhər mərkəzi artıq avtomobillər üçün tranzit zona deyil, daha çox iş, xidmət və piyada mühiti kimi formalaşa bilər. Eyni zamanda ictimai nəqliyyata olan tələbat da artacaq.

Əgər Bakıda bu mexanizm sadəcə cərimə vasitəsi kimi yox, hərəkətin idarə olunması üçün bir alət kimi araşdırılıb tətbiq edilsə və sosial həssas qruplar, eləcə də xidmət avtomobilləri üçün istisnalar düzgün müəyyənləşdirilsə, onu effektiv hesab etmək olar”.

Ekspert qeyd edib ki, ödənişli giriş mexanizmi şəhər mərkəzinə məqsədsiz daxil olan avtomobillərin sayını azalda bilər:

“İstifadəçilərin azalmasına real təsir məsələsinə gəldikdə isə, birmənalı şəkildə demək olar ki, bu mexanizm avtomobil istifadəsinin azalmasına təsir göstərəcək. Təxminən şəhər mərkəzinə məqsədsiz daxil olan avtomobillərin sayında 10-15% azalma müşahidə oluna bilər. Pik saatlarda nəqliyyat axını daha balanslı olacaq, taksi, ictimai nəqliyyat və fövqəladə xidmət nəqliyyat vasitələrinin hərəkət sürəti artacaq. Bu da çağırış məntəqələrinə operativ çatımı yaxşılaşdıracaq.

Bununla yanaşı, müəyyən risklər də mövcuddur. Əgər bu mexanizm tətbiq edilirsə, paralel olaraq ictimai nəqliyyat mütləq şəkildə gücləndirilməli və şaxələndirilməlidir. Ətraf küçələrdə ikinci dərəcəli tıxaclar yaranarsa və dayanma, durma, parklanma siyasəti dəyişdirilməzsə, tıxac sadəcə yerini dəyişmiş olacaq, lakin aradan qalxmayacaq. Buna görə də ödənişli giriş mexanizmi təkbaşına deyil, daha geniş tədbirlər paketinin bir hissəsi kimi həyata keçirilməlidir”.

E.Cəfərov ödənişli hərəkət zonalarının mərhələli şəkildə tətbiq edilə biləcəyini bildirib:

“Ödənişli hərəkət zonaları mərhələli şəkildə Bakının mərkəzi hissələrini əhatə edə bilər və pilot layihələr formasında tətbiq oluna bilər. Birinci mərhələ Bakının tarixi ərazilərini – İçərişəhər, Sahil, Nizami və Səbail ətrafını əhatə edə bilər. Daha sonra 28 May, Səməd Vurğun və oxşar ərazilər daxil edilə bilər. Bu zonalarda küçə tutumu az, piyada axını isə çoxdur və alternativ marşrutlar mövcuddur.

İkinci mərhələdə isə işgüzar və inzibati zonalar nəzərdən keçirilə bilər. Bunlara Ağ Şəhər ərazisi, Neftçilər prospektinə yaxın biznes sahələri və dövlət qurumlarının sıx yerləşdiyi ərazilər daxil ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri