Bu banklar depozit faizlərini niyə azaldır? “Sui istifadə...”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“Unibank”dan sonra “AccessBank” da depozit faizlərini endirib. Məlumata görə, bank müddətli əmanət faizlərini 0,5%-dək aşağı salıb.
Belə ki, müddətin sonunda ödənişlər üzrə 24 aylıq depozit faizləri 12%-dən 11,5%-ə endirilib. Bu standart faiz dərəcəsi paketinə şamil edilir. Bank bundan əlavə, müddətli əmanətlər üzrə elan etdiyi kampaniyalarda da faizləri endirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hansısa bank depozit faizini azaldıbsa, bu o deməkdir ki, həmin bankın əmanətə ehtiyacı yoxdur:
“Bəli, qeyd etdiyiniz kimi heç də bütün banklar depozit faizlərində endirimə getməyib. Bəzi banklar hətta depozit faizlərini artırıb. Ona görə də bunu tendensiya kimi qəbul etmək düzgün olmaz. Əksinə, mən deyərdim ki, son dövrdə bütövlükdə banklar faiz dərəcələrini artırıblar. Hansısa bank depozit faizini azaldıbsa, bu o deməkdir ki, həmin bankın əmanətə ehtiyacı yoxdur. Belə banklar adətən əllərində olan pulu kredit kimi verməkdə çətinlik çəkir. Buna görə də depozit faizlərini endirir ki, vətəndaş heç ora gəlməsin”.
Ekspert vurğulayıb ki, depozit faizləri kredit faizlərinə birbaşa təsir göstərir:
“Onsuz da kreditlərin faizləri son dövrlər azalmır. Əksinə, depozitlər faizləri kredit faizlərinə təsir edir. Depozit nə qədər baha olursa, kredit də bahalaşır. İri banklarımız xarici valyutada əmanət faizini artırıblar. Sığortalanan hədd 2.5 faiz olsa da, onlar 4-5 faizlə də qəbul edirlər. Bu da ona görədir ki, onların bağlanma ehtimalı demək olar ki, yoxdur. Belə desək, onlar bazardakı mövqelərindən sui-istifadə edirlər”.
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















