Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə, bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq.
Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
Onun sözlərinə görə, həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər:
“Məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150 000 mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq.
Çıxarış alan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe, və s.).
Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə (rüşvəti bu rəqəmdən 15-20 dəfə çoxdur), bu büdcəyə əlavə 500 milyon manat vəsait gətirəcək.
500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















