Icma.az
close
up
RU
Bu bazar kapitalizmdən uzaqdır Hər şey su qiymətinə Reportaj

Bu bazar kapitalizmdən uzaqdır Hər şey su qiymətinə Reportaj

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar əksər məhsulların qiymətində bahalaşma müşahidə olunur. Şəhərdə yaşayanlar daha çox marketlərə üz tutduğundan qiymətlər od tutub yanır. Dünyada baş verən iqtisadi böhran xarici məhsulların qiymətini artırsa da, yerli məhsullar da əl yandıran qiymətlərlə müştərilərə təqdim olunur.

Tribunainfo.az-ın əməkdaşı kapitalizmdən uzaq, hər şeyin su qiymətinə olduğu bazardan reportajı təqdim edir.

Belə ki, bu bazar Hövsan qəsəbəsində yerləşir. Qiymətlərə baxdıqda vətəndaşlar özlərini 90-larda hiss edə bilər.

Eyni zamanda bu bazara bölgələrdən gələn satıcılar var. Onları əsasən şənbə və bazar günləri bu bazarda tapmaq olar. Naxçıvandan, Masallıdan, Sabirabaddan və başqa rayonlarımızdan gələn bu satıcılar öz həyətlərində becərdikləri məhsulları satır.

Masallıdan ta Hövsana üz tutan qadın, öz həyətində saxladığı kənd toyuqlarını satır. Hətta min bir dərdə dəva olan qara toyuq da piştaxtasında gözə dəyir. Tükləri yolunmuş toyuğun ayaqlarını görürük. Satıcı qadın müştəri razı olsun deyə, bildirir ki, ayağını sevmirsinizsə, kəsə də bilərəm. Alıcı isə ayağında kalsiyumun bol olduğunu vurğulayır. Masallıdan gələn qadın həmçinin pendir, bal, yumurta hətta pomidor da satır. Pomidor azdır və həyətindən olduğunu qeyd edir. Bıçağı əlinə alıb xırda pomidoru iki yerə böldükdə, kanalizasiya qoxan qəsəbəni uşaqlığımda yediyim pomidorun qoxusu bürüyür. Ətrafdakılar pomidorun qoxusuna toplaşır, qarışqa bala darışan kimi. Bu möcüzəli pomidorun qiyməti 1. 20 azn-dir. Satıcı deyir ki, istəsən 1 azn-dən götür, apar. Həmişə bu qadından yumurta alıram. 30 qəpik olsa da daimi müştərisi olduğum üçün mənə 20 qəpikdən satır. Yumurta deyirəm sizə. Bilinir ki, çəmənlikdə otlayan toyuğun yumurtasıdır. Sarısı qıpqırmızı. Balın dadına baxıram, boğazım alışıb yanır. İlahi, mən uşaqlığıma keçid etmişəm deyəsən. Hər şeyin dadına baxa-baxa “Şaban” kimi bazarda qarnımı doyururam.

Naxçıvanlı satıcı itburnu, təmizlənmiş qaya duzu və iri, daş formasında duzlar satır. O, qeyd edir ki, bu duzu WiFi provayderinin yanına qoyduqda şüanı azaldır. Həmçinin nəfəs problemi, allergiyası olan şəxslər də bu qaya duzunu çarpayının böyründə saxlaya bilər. İri bir duza bir manat verib qoltuğuma vururam. Satıcı qeyd edir ki, tənzif vasitəsilə bu duzu toz halına gətirib torpaqdan arındıraraq qidalarda da istifadə etmək olar.

Yaxın oturun indi isə şok keçirəcəksiniz. Hər kəs kartofun bahalaşmasından danışır. İnanmayacaqsınız amma burada təptəzə kartof bütün piştaxtalarda 80 qəpikdir. İnanmırsınızsa aşağıda fotolara baxa bilərsiniz.

Burada hər növ göyərtini tapa bilərsiniz. Dovğaya ləzzət qatan qeyri-adi göyərtilər satıcıların həyətindəndir. Gündüzlər 10 ədədi 1manata, axşamlar bəzən 20 ədədi bir manata olur. Dəstələr böyükdür. Marketlərdəki kimi 3 salxım saralmış göy əsla satmazlar. Saralan göyərtilər yerdə, yeşiyinin içindədir. Toyuq-cücəsinə aparacağını deyir. Yelpənək xiyar 1.20 azn olsa da artıq 90 qəpiyə enib. Alıcılara çeşid-çeşid pomidorlar təqdim olunur. 2 manatdan 1.90-a kimi fərqli qiymətlərdə pomidorlar var. Çiyələk 2.50, albalı 5 azn. Ərik 3azn. Hər qiymətə müxtəlif ölçüdə aalçalar var. Göyçə aalçası 4manatdır. Bal kimidir, iridir.

Bu bazardan faydalanmaq istəsəniz 28 maydan və əhmədli metrosundan 30 dəqiqəyə 1.50 manatlıq taxsilər fəaliyyət göstərir.

Yəni, bir sözlə Hövsan bazarına gəlin, cibinizə qənaət edin.

Dəniz Pənahova

_cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri