Icma.az
close
up
RU
Bu bazardan balıq və kürü alanların nəzərinə! Nöqsanlar aşkarlandı

Bu bazardan balıq və kürü alanların nəzərinə! Nöqsanlar aşkarlandı

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci km ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşa oğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq satışına nəzarət tədbirləri həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı, yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə tarixləri barədə məlumatların olmadığı müəyyən edilib. 
“Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü faktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışa çıxarılıb.
Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanı diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu olduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata keçirməlidirlər”, - məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri