Icma.az
close
up
RU
Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş soyqırımıdır. Bu qanlı hadisələr milli kimliyə, etnik və dini mənsubiyyətə görə həyata keçirilmiş və miqyasına görə bəşəriyyətə qarşı cinayət xarakteri daşımışdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.  

Deputatın fikrincə, erməni millətçiləri “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə dinc insanlara qarşı kütləvi qırğınlar törətmiş, tarixi torpaqlarımızda etnik təmizləmə siyasəti həyata keçirmişlər.

"1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və “Daşnaksutyun” partiyasının silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı planlı şəkildə törədilən soyqırımı Bakını və digər bölgələri əhatə etmişdir. Xüsusilə Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran, Salyan və Naxçıvanda minlərlə insan qətlə yetirilmiş, kəndlər və qəsəbələr yerlə bir edilmişdir.

Belə ki, Şamaxıda 120 kənddən 86-sı tamamilə dağıdılmış, 14-16 min insan amansızlıqla qətlə yetirilmişdir. Erməni silahlı dəstələri qadın, uşaq və yaşlı insanlara rəhm etməmiş, kəndlər yandırılmışdır. Sovet dövründə bu hadisələrin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədli şəkildə əngəllənmiş, tarix saxtalaşdırılmışdır. Lakin müstəqillik əldə edildikdən sonra aparılan genişmiqyaslı araşdırmalar nəticəsində qətliamın miqyası tam ortaya çıxarılmışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilmişdir. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.

Saxta erməni təbliğatına qarşı həqiqətlərin yayılması hər bir vətəndaşın, diaspor təşkilatlarının və tədqiqatçıların üzərinə düşən mühüm vəzifələrdən biridir. Tarixi faktlara əsaslanan tədqiqatların beynəlxalq arenada təqdim edilməsi, bu faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində böyük səylər göstərilir". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri