Icma.az
close
up
RU
Bu bəyannamə öz əhəmiyyətini çox tez itirdi Arif Əliyev

Bu bəyannamə öz əhəmiyyətini çox tez itirdi Arif Əliyev

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"9-10 noyabr bəyannaməsinin reanimasiyası artıq qeyri-mümkündür".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına qayıtmağın artıq mənasız olduğu barədə fikirlərini şərh edərkən deyib.

"9-10 noyabr bəyannaməsi çox qısa müddətdə öz rolunu yerinə yetirdi. Amma çox tez də öz əhəmiyyətini itirdi", deyə Arif Əliyev bildirib.

Həmsöhbətimiz qeyd edib ki, bəyannamənin bəndlərinin artıq işlənmədiyi və onun öz əhəmiyyətini itirdiyi bu və ya digər formada dəfələrlə bəyan edilib:

"Yalnız Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vaşinqton görüşündən sonra bir daha bildirdi ki, sözügedən bəyannamə gündəmdədir. Ola bilsin ki, Moskva onu hansısa formada gündəmdə saxlamaq istəyir. Amma hansı formada başa düşmək olmur. Öndə olan məsələlər baxımından burada nə Zəngəzur yolu haqqında yazılan bəndlər işləyə bilməz, nə də ki, Rusiyanın sülhməramlı fəaliyyəti hansısa bir rola malikdir. Odur ki, Paşinyan faktiki olaraq yeni heç bir şey deməyib. Sadəcə açıq və dəqiq formada məsələni ifadə edib".


Ekspert düşünür ki, mövcud vəziyyətdə Rusiya proseslə bağlı öz iştahını mövcud reallıqlara, Bakı ilə İrəvanın mövqelərinə nisbətən uyğunlaşdırmaq məcburiyyətində qalacaq:

"Rusiya bu fonda öz dilində müxtəlif formalarda Ermənistan və Azərbaycana təzyiqlər edir. Rusiyadakı azərbaycanlılara qarşı təzyiqlər baş verir. Rəsmilərin sərhədləri keçən çıxışları da səngimir. Kreml bu fonda daha ciddi təzyiq formalarına əl atmağa da cəhd edə bilər. Lakin bütün hallarda Rusiyanın imkanları xeyli dərəcədə məhduddur. Azərbaycan və Ermənistanın özünümüdafiə imkanları isə xeyli dərəcədə genişdir. Düşünürəm ki, Rusiya öz iştahını mövcud reallıqlara, Bakı ilə İrəvanın mövqelərinə nisbətən uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Bununla belə ehtiyatı da əldən verməməliyik. Çünki hansı şəraitdə yaşadığımızı və kimin hansı iştahda olduğunu bilirik".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə Bakı, İrəvan və Moskva arasında imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata qayıtmağın mənasının olmadığını bəyan edib: "2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata qayıtmağın mənası yoxdur, çünki həmin sənəd artıq keçmişdə qalıb".

O, buna əsas kimi də avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanan sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı sənədi göstərib. Paşinyan vurğulayıb ki, "bərqərar olunmuş sülhü qorumağı” özünün əsas vəzifəsi hesab edir və cəmiyyətdə narahatlıq doğuran bütün məsələləri izah etməyə hazırdır. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri