Bu beynəlxalq mükafat TDTyə verilir
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına (TDT) veriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında qərar imzalanıb.
İclasda, həmçinin xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” da imzalanıb.

