Bu, biabırçılıqdır Barselona nın müdafiəçisi
Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında məhsuldar bərabərliyə razılaşdığı (3:3) "İnter"ə cavab qarşılaşmasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın müdafiəçisi İnyiqo Martines oyundan sonra polşalı referi Şimon Martsinyakın idarəçiliyini hədəfə alıb.
Fanat.Az-ın məlumatına görə, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:
"Hamı gördü ki, referi birtərəfli qərarlar verdi, amma mən insanların bundan danışmasını istəmirəm. İstənilən halda, qərarları hakim verir və bu oyunda ədalət təmsilçisi belə yol seçdi. Bu, biabırçılıqdır".
Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















