Bu, bir qadın və ana üçün çox utanvericidir, MƏCBUR QALDIM
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Vəfa Şərifova bir müddət əvvəl övladlarının sənədlərini sosial şəbəkədə paylaşması ilə bağlı səbəbləri açıqlayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bu addımı atmaq onun üçün olduqca ağır və utancverici olub, lakin məcburiyyət qarşısında qalıb:
"Bu, bir qadın və ana üçün çox utancverici bir vəziyyətdir. Məcbur qalıb göstərdim. Heç kim belə bir məcburiyyət qarşısında qalmasın. Düşmənin də mərdi, həyalısı qarşımıza çıxsın. Övlada toxunacaq qədər düşmüş düşmən heç kimin qarşısına çıxmasın".
Vəfa Şərifova sosial verilişlərdə DNT testi ilə bağlı yaşanan hallara da münasibət bildirib:
"Sosial verilişlərdə DNT testi verənləri görəndə o qadınların yerinə o qədər utanırdım ki... Məni bu vəziyyətə salanı Allaha tapşırmışam, bildiyi cəzanı verəcək".
Müğənni qeyd edib ki, bu mövzuda yaşadıqları onun üçün dərin psixoloji sarsıntı yaradıb və bu cür halların heç bir ana tərəfindən yaşanmamasını arzulayıb. Mövzu sosial şəbəkədə geniş müzakirə yaradıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Yanvar 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















