Bu böyük su anbarı təmir ediləcək
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sərsəng su anbarının təmir-bərpası ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanması tamamlanmaq üzrədir.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, su anbarının həcmi 565 milyon kubmetrdir və enerji və suvarma təyinatlıdır.
Anbarın bərpası ilə Ağdərə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy və Yevlax rayonlarında 96 min hektar sahə suvarma suyu ilə təmin ediləcək.
Qeyd edək ki, Sərsəng su anbarı Mingəçevir su anbarından sonra respublikamızda ikinci ən böyük anbardır.
Baxış sayı:61
Bu xəbər 19 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















