“Bu çərçivədə eksklav kəndlər məsələsi də həllini tapacaq” Nazir
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Delimitasiya prosesi və demarkasiya istiqamətində iş davam edir. Bunun üçün hər iki ölkə tərəfindən xüsusi komissiyalar yaradılıb”.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət bu komissiyaların fəaliyyəti mütəmadi şəkildə davam etdirilir.
Aparılan işlərin ilkin müsbət nəticələrinin də şahidi olmuşuq. Ötən illərdə təxminən 13 kilometrlik dövlət sərhəd xətti delimitasiya edilib. Daha sonra qısa müddət ərzində həmin ərazidə demarkasiya işləri də həyata keçirilib.
Bundan əlavə, komissiyaların fəaliyyətini tənzimləyən və gələcək işini müəyyən edən bir sıra normativ aktlar həm Azərbaycan, həm də Ermənistan tərəfindən razılaşdırılmış şəkildə qəbul olunub və hər iki ölkədə təsdiqlənib.
Eyni zamanda, razılaşdırılıb ki, delimitasiya prosesi şimaldan cənuba - Azərbaycan-Ermənistan sərhədinin Gürcüstanla birləşmə nöqtəsindən başlayaraq İran sərhədinədək davam etdirilsin. Təbii ki, bu proses çərçivəsində eksklav kəndlərlə bağlı məsələlər də öz həllini tapacaq”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 İyul 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















