Icma.az
close
up
RU
Bu ciddi araşdırma tələb edir “Özsüt” də tarakanlar at oynadır ?

Bu ciddi araşdırma tələb edir “Özsüt” də tarakanlar at oynadır ?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025‑ci ilin martında “Özsüt”ün  Gənclik Mall filialında restoran masasında tarakan tapılması barədə istifadəçi paylaşıb. Restoran isə bu sahənin mall kompleksi daxilində yerləşməsi ilə əlaqələndirərək üzrxahlıq edib və ayda iki dəfə dərmanlama işlərinin aparıldığını bildirib. Bununla yanaşı “TripAdvisor” platformasında 355‑dən çox şikayət və şərh var, burada xidmətin aşağı səviyyəsi və razı qalmama ifadə olunur. “9% xidmət haqqı çox yüksəkdir və xidmət qənaətbəxş deyildi” — qiymətli hesab edilən məbləğ, lakin xidmət uyğun olmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Demokrat.az-a açıqlamasında bildirib ki, restoranlarda gigiyena qaydalarına əməl olunmaması, xüsusilə zərərvericilərin məsələn, tarakanların aşkarlanması qəbuledilməz haldır:

“İstənilən halda ciddi nəzarət və araşdırma tələb edir. Belə hallar istehlakçının hüquqlarını və sağlamlığını təhlükəyə atır və heç bir əsasla bəraət qazandırıla bilməz. Şəxsi təcrübəmdə belə bir hadisə olmuşdu. Kanadanın Toronto şəhərində ziyarət etmək istədiyim restoranda bir gün əvvəl tarakan müşahidə olunmuşdu. Bu səbəbdən müəssisə bağlanmışdı və dərhal tədbir görülmüşdü. Bu, gigiyenik normalara ciddi yanaşmanın göstəricisidir. Azərbaycanda da bu cür hallara qarşı nəzarət gücləndirilməli, aidiyyəti qurumlar mütəmadi və ciddi yoxlamalar aparmalıdır. İctimai iaşə müəssisələrində bu kimi hallar aşkarlanarsa, vətəndaşlar dərhal "Qaynar xətt" vasitəsilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və digər müvafiq qurumlara məlumat verməlidirlər. Qida təhlükəsizliyi və ictimai sağlamlıq məsələlərinə laqeyd yanaşmaq olmaz. Sanitar normalara əməl olunmayan yerdə insanların sağlamlığı ciddi risk altına düşür.
Məsələ ilə bağlı “Özsüt”ün  Dəniz Mall filialından saytımıza bildirilib ki, həmin filialda belə bir problem yaşanmayıb:
“Bizim filialda belə bir narazılıqla qarşılaşmamışıq. Burada hər şey qaydasındadır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri