Icma.az
close
up
RU
Bu cihazı ölkəyə gətirənlər 350 manat cərimələnəcək

Bu cihazı ölkəyə gətirənlər 350 manat cərimələnəcək

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda elektron siqaretlərlə bağlı qaydaların sərtləşdirilməsi bu məhsulların dövriyyəsinə ciddi məhdudiyyətlər gətirir. Aprelin 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən elektron siqaretlərin ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan olunur ki, bu da həm istifadəçilər, həm də satıcılar üçün yeni reallıq yaradır.
Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, elektron siqaretlərlə bağlı məsələləri iki hissəyə ayırmaq olar:
“Birinci məsələ onların istifadəsi ilə bağlıdır. Qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadə edən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Bu cür halları polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları vizual müşahidə yolu ilə müəyyən edərək inzibati tədbir görə bilərlər. İkinci məsələ isə elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsi ilə bağlıdır. Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması qadağandır. Bu hallarda inzibati xətanın obyekti olmuş məhsullar müsadirə edilir”.
Qaydaları pozan ticarətçilər və şirkətlər üçün daha ağır maliyyə sanksiyaları nəzərdə tutulub. Fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 2200 manatadək, hüquqi şəxslər isə 5000 manatadək cərimə oluna bilər. Eyni zamanda qanunsuz dövriyyədə olan bütün elektron siqaret məhsulları dövlət tərəfindən müsadirə ediləcək. Ekspert qeyd edir ki, idxal və istehsal zəncirinə nəzarət mexanizmləri digər inzibati xətalarla eyni qaydada həyata keçiriləcək.İsti
“Bu qaydaların praktik tətbiqi digər inzibati pozuntuların aşkar edilməsi qaydasına uyğun həyata keçiriləcək. Yəni idxal, ixrac və istehsala nəzarət ediləcək, bu fəaliyyətlə məşğul olan fiziki, vəzifəli və ya hüquqi şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri