Icma.az
close
up
RU
Bu çıxışlar havada qalacaq Sabiq səfirdən eks nazirə çağırış

Bu çıxışlar havada qalacaq Sabiq səfirdən eks nazirə çağırış

Icma.az, Modern.az saytına istinadən bildirir.

İrandakı mühafizəkar dairələr Ermənistanla Azərbaycan arasındakı Vaşinqton razılaşmasının əleyhinə çıxırlar. Mühafizəkarların əsas təmsilçilərindən biri, ali lider Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib.

Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, İran ziddiyyətlər ölkəsidir və bu ziddiyyətlər Məsud Pezeşkianın prezident seçilməsindən sonra bir az da artıb:

“İranda müxtəlif vəzifəli şəxslər Zəngəzur dəhlizi əleyhinə bəyanatlar verirlər. İllərlə İran tərəfi “bu, bizim "qırmızı xətt"imizdir, ona imkan verməyəcəyik" deyirlər.  Əvvəla Zəngəzur dəhlizinin İranın “qırmızı xətt”i elan etmələri çox əsassızdır, yanlışdır. İranda da ictimai fikri aldadırlar, deyirlər ki, dəhlizin açılması Ermənistanla birbaşa əlaqələrinin kəsilməsi deməkdir. Bu, əsassız fikirdir. Ermənistanla əlaqələr yenə də olacaq. Bunları qorxudan Türk dünyası arasında yeni yolun çəkilməsidir. Yəni Bakı-Tbilisi-Qarsdan əlavə bir dənə də yolun istifadəyə verilməsi onların yuxusunu ərşə çəkib. Məsələ ondadır ki, İran Azərbaycanla razılığa gəlib və Naxçıvana Arazboyu yolun açılmasına icazə verib, razılığını da bildirib. Çünki oradan xeyir götürəcək. Bu yolların diverfikasiya olunması çox önəmlidir. Çünki çox böyük yük daşımaları olacaq. O tutum nə qədər genişlənsə, bir o qədər yaxşı olar. Vilayətini mən tanıyıram. Tehranda işlədiyimiz vaxt o xarici işlər naziri idi. O vaxt bu qədər aqressiv deyildi, daha yumşaq danışırdı. Amma hər söhbətində inanırdım ki, bu fars şovinistidir, türklərə, türk dünyasına nifrəti var. Ona görə Vilayətinin bu çıxışını emosional, əsassız hesab edirəm”. 

Nəsib Nəsibli Vilayəti və onun kimi düşünənlərə çağırış edib:

“Bu iddialar əsassızdır. Bu adamlar Türk dünyasının bütövləşməsini istəmir. Ümumiyyətlə, dünya ticarət yolunun genişlənməsinə qarşı çıxmaq məntiqsiz işdir. Bu məntiqsiz bəyanatların da heç bir gələcəyi yoxdur, havadan asılı qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri