Icma.az
close
up
RU
Bu çiyələkləri qətiyyən ALMAYIN

Bu çiyələkləri qətiyyən ALMAYIN

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hələ yaz mövsümündə olsaq da, artıq marketlərdə, bazarlarda yay meyvələri satılmağa başlayıb. Bunlardan biri də çiyələkdir. Düzdür, qiymət əlbəttə, yayla müqayisədə yüksək olsa da, alıcıları əsas düşündürən məqam çiyələklərin görünüşüdür.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda satılan çiyələklərin ölçüləri həddindən artıq iridir. Bu da alıcıları alıb-almamaq barəsində qərarsız qoyur. Bəziləri düşünür ki, çiyələyin belə iri olması ona müxtəlif dərmanların vurulmasıyla əlaqədardır.
Bu nə dərəcədə reallığa uyğundur?

Mövzuyla bağlı qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında çiyələyin həddindən artıq böyük olması həm sort xüsusiyyəti, həm də gübrələr və stimullaşdırıcılar ilə əlaqədar olduğunu bildirib.

"Böyük olması tək başına zəhərlənmə göstəricisi deyil. Amma bu cür meyvələrdə nitrat və pestisid qalıqlarının olma ehtimalı, həmçinin dad və vitamin dəyərinin aşağı olması faktdır.

Müasir kənd təsərrüfatında uzaq məsafəyə daşınmaya davamlı, rəngi cəlbedici və ölçüsü böyük olan hibrid sortlardan istifadə olunur. Bu sortlar genetik olaraq iri olur, lakin çox vaxt klassik çiyələk ətrindən məhrumdurlar.
Bitkinin meyvəsini sürətlə şişirtmək üçün azotlu gübrələrdən normadan çox istifadə edildikdə meyvə hüceyrələri su ilə dolur və həddindən artıq böyüyür.

Meyvənin hüceyrə bölünməsini sürətləndirən hormonal preparatlar çiyələyin formasının deformasiyasına və qeyri-təbii ölçülərə çatmasına səbəb olur".

Ekspert vurğulayıb ki, əgər iri çiyələyi kəsərkən ortasında böyük boşluq görürüksə, meyvənin stimullaşdırıcılar sayəsində daxili toxumalar yetişmədən sürətlə şişdiyinin əlamətidir.

Bəs intensiv gübrələmə orqanizmə necə təsir edir?

"İntensiv gübrələmə nəticəsində meyvədə toplanan nitratlar orqanizmdə nitritlərə çevrilərək qanın oksigen daşıma qabiliyyətini azalda bilər. Sürətlə böyüyən meyvə lazımi qədər günəş görmədiyi üçün onda C vitamini və antioksidantlar təbii çiyələkdən az olur".

Asim Vəliyev sağlam çiyələyi seçməyin yollarından da danışıb:

"Çiyələk seçərkən əgər iri və qırmızıdırsa, heç bir qoxusu yoxdursa, demək təbii yolla yetişməyib. Təbii çiyələyin ətri uzaqdan hiss olunmalıdır. Çiyələyin üzərindəki xırda sarı nöqtələr meyvənin səthindən dərindədirsə, ya rəngi tünd qırmızı deyil, süni bir parlaqlıqdadırsa, ehtiyatlı olmalıyıq.

Meyvənin üzərində ağ, ya yaşıl ləkələrin olması onun hələ daxilən yetişmədiyinin əlamətidir. Xaricdən qızardıldığını göstərir. Erkən mövsüm çiyələklərini yuyarkən onları sirkəli, ya sodalı suda on dəqiqə saxlamalıyıq.

Bu meyvənin səthindəki pestisid qalıqlarını neytrallaşdırmağa kömək edir. Amma meyvənin daxilinə keçmiş nitratları yumaqla təmizləmək mümkün deyil. Ən yaxşı seçim may ayının ortalarını, açıq sahə çiyələyinin çıxmasını gözləməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri