Icma.az
close
up
RU
“Bu COP dan sonra ikinci ən böyük tədbirdir” Azərbaycan ev sahibliyi edəcək

“Bu COP dan sonra ikinci ən böyük tədbirdir” Azərbaycan ev sahibliyi edəcək

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciəti zamanı  bildirib ki, ölkəmiz gələn ay Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasına ev sahibliyi edəcək. Prezident vurğulayıb ki, genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma sahəsində əldə olunan təcrübə sessiyada beynəlxalq ictimaiyyətlə paylaşılacaq, eyni zamanda qabaqcıl qlobal yanaşmalar öyrəniləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu forum Azərbaycan üçün öz təcrübəsini bölüşmək baxımından vacibdir:

"Ümumdünya Şəhərsalma Forumu iştirakçı səviyyəsinə görə dünyada COP-dan sonra ikinci ən böyük tədbirdir. Dünyanın əksər ölkələrindən həmin forumda iştirakla bağlı  nümayəndə heyətləri ölkəmizə gələcək. Azərbaycan üçün öz təcrübəsini bölüşmək baxımından vacibdir. Azərbaycan şəhərsalmada müasir standartları tətbiq edən ölkələrdəndir və xüsusən də Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə standartların tətbiqini həyata keçirir. Bu, Azərbaycana şəhərsalmada istifadə olunan yanaşmaları və öz standartlarını təqdim etməyə imkan verəcək”.

Parlamentari qeyd edib ki, forum bir növ qlobal təcrübələrin paylaşılması anlamına gəlir:

"Forum bir növ qlobal təcrübələrin təqdim edilməsi və paylaşılması anlamına gəlir. Çünki kifayət qədər aparıcı qurumlar və təşkilatlar bu tədbirdə iştirak edəcək. Onlar da öz təcrübələrini təqdim etmək imkanı qazanacaqlar”.

O deyib ki, forum Azərbaycanın iqtisadiyyatdakı potensialının daha yaxından təqdim edilməsinə imkan yaradacaq:

"Bu forumun keçirilməsi həm də Azərbaycanın potensialının daha yaxından təqdim edilməsinə imkan verəcək. Ona görə kifayət qədər böyük bir tədbirdir. Belə tədbirlərin keçirilməsi ciddi hazırlıq tələb edir. Azərbaycan praktik olaraq bu hazırlığı çox uğurla reallaşdırır və mövcud standartlar və infrastruktur bu cür böyük tədbirin keçirilməsinə imkan yaradır. Ona görə də ölkəmiz üçün, ölkənin imkanlarının təqdim edilməsi baxımından faydalı bir forumdur. Azərbaycanın yalnız şəhərsalmada deyil, ümumiyyətlə iqtisadiyyatdakı potensialının daha yaxından təqdim edilməsinə imkan verəcək”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri