Bu cür hallar yeniyetmələr və uşaqlar üçün mənfi psixoloji təsir yaradır
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsi rəqəmsal mühitdə etik normaların formalaşması baxımından mühüm addımdır. Son illər onlayn platformalarda aqressiv davranış, təhqir və nalayiq jestlərin artması cəmiyyət üçün ciddi problemə çevrilib”.
Bunu Demokrat.az-a açıqlamasınsa İT üzrə mütəxəssis Həsən Quliyev bildirib.
O deyib ki, bu cür hallar xüsusilə yeniyetmələr və uşaqlar üçün mənfi psixoloji təsir yaradır:
“Qanun layihəsi istifadəçiləri daha məsuliyyətli və ölçülü davranmağa təşviq edə bilər. Eyni zamanda, bu addım sosial şəbəkələrdə nifrət dili və kibertəhqirlə mübarizədə hüquqi mexanizmləri gücləndirir. Texnoloji baxımdan isə əsas məsələ bu qaydaların necə tətbiq ediləcəyidir. Jest və ya vizual işarələrin avtomatik müəyyənləşdirilməsi süni intellekt alqoritmləri vasitəsilə mümkün olsa da, səhv qiymətləndirmə riskləri də mövcuddur. Buna görə də insan faktoru və məhkəmə nəzarəti vacib rol oynamalıdır”.
Onun sözlərinə görə, qanunun icrası zamanı ifadə azadlığı ilə ictimai etik qaydalar arasında balans qorunmalıdır:
“Əks halda, istifadəçilər arasında narahatlıq və özünü senzura halları arta bilər. Cərimə və inzibati həbs son addım kimi tətbiq edilməli, ilk mərhələdə maarifləndirmə və xəbərdarlıq mexanizmlərinə üstünlük verilməlidir. Ümumilikdə, bu təşəbbüs düzgün icra olunarsa, Azərbaycan rəqəmsal məkanında daha sağlam və təhlükəsiz mühitin formalaşmasına töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tramp dolları ucuzlaşdırır: Bu Azərbaycan üçün mənfi təsir yaradır
23 Aprel 2025 08:59
Bir mesajla başlayan faciə... Gizli şəbəkələr uşaqlar və yeniyetmələr üçün ciddi risklər yaradır
04 Dekabr 2025 21:51
Mask uşaqlar üçün tətbiq yaradır
20 İyul 2025 22:12
Bu meyvələr psixoloji asılılıq yaradır
26 Aprel 2025 17:15
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi
18 İyul 2025 16:13
Baxış sayı:47
Bu xəbər 23 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları