Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bu cür maketlərin yol kənarlarına quraşdırılması sürücülərə necə təsir göstərər? RƏY

Bu cür maketlərin yol kənarlarına quraşdırılması sürücülərə necə təsir göstərər? RƏY

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bir neçə gün əvvəl Balakəndə yol kənarında məktəbli maketi quraşdırılıb. Bu təşəbbüs sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və bir çox vətəndaşlar bu cür maketlərin digər bölgələrdə də tətbiq edilməsini istəyiblər. Məqsəd sürücülərin diqqətini artırmaq, xüsusilə məktəb yaxınlığında hərəkət zamanı daha ehtiyatlı olmağa çağırmaqdır.

Bəs görəsən, məktəbli maketlərinin Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə məktəblərin, uşaq bağçalarının və piyada intensivliyi yüksək olan ərazilərin yaxınlığında quraşdırılması yol qəzalarının sayını azaltmaqda, həmçinin sürət həddinin aşağı salınmasında nə dərəcədə effektiv ola bilər?

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, yollarda təhlükəsizliklə bağlı ciddi problemlər var:


“Problemlərdən biri də məktəblərin yaxınlığında uşaqların yolu keçərkən vurulması hallarının baş verməsidir. Hətta məktəblər yolun kənarında yerləşir, bəzən səki olmayan yerlərdə olur, və elə hallarda uşaqlar avtomobil tərəfindən vurulur.

Belə problemlər çoxdur. Ona görə də bütün mümkün tədbirlər görülməlidir. Yəni, yol hərəkəti təhlükəsizliyi, xüsusən də piyadə təhlükəsizliyi elə bir məsələdir ki, burada hər bir addımın əhəmiyyəti var.

Ona görə də belə maketlərin qoyulması ölkənin digər zəruri yerlərində də effekt verə bilər. Çünki bu, özü bir çağırışdır, bir xəbərdarlıqdır ki, burada piyadalar, məktəblilər olur.

İnsanlar bu kimi yerlərə daha diqqətlə yanaşmalıdır. Amma digər tədbirlər də görülməlidir. Sadəcə bu kimi təşəbbüslərlə hər şeyi düzəltmək, bütün problemlərin qarşısını almaq və ya yeni davranış formalaşdırmaq mümkün deyil. Amma bu da təsir göstərəcək bir addımdır”.

Hüquqşünas əlavə olaraq qeyd edib ki, əgər sürətlə bağlı problem varsa, orada sürəti azaltmağa məcbur edən texniki tədbirlər görülməlidir:

“Ehtiyac varsa, süni maneələr yaradılmalıdır.

Sürücülərin sərt manevrlərdən çəkinməsini və aşağı sürətlə hərəkət etməsini təmin edən tədbirlər görülməlidir. İşıqlandırma yaxşı olmalıdır. Piyada keçidləri hər yerdə olmalı, daha yaxşı siqnallaşdırılmalıdır. Bütün bunlar görülməlidir.

O cümlədən bu maketlər də əslində bir çağırışdır, xəbərdarlıqdır ki, burada diqqətli olmaq lazımdır. Ona görə də bəzi yerlərdə müsbət nəticələr verə bilər”.

Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə isə, bu cür vasitələrlə sürücülərin marifləndirilməsi, yol hərəkəti qaydalarına əməl etməyə məcbur edilməsi yaxşı haldır:


“Bu cür təbliğat vasitələri bir çox ərazilərdə quraşdırılsa, məncə, müsbət nəticə verər. Ən azından, uşaq maketini görüb, maket olduğunu bilsə belə, sürücü hardasa müəyyən fikir dəyişikliyinə məruz qala bilər, diqqətli ola bilər, öz övladlarını xatırlaya bilər və sürəti artırmaz.

Xüsusən rayon yollarında, kənd yollarında buna çox ciddi şəkildə ehtiyac var. Məktəblər olan ərazilərdə bunların quraşdırılması effektiv ola bilər. Bir ara Dövlət Yol Polisi avtomobillərinin maket formasında yollara yerləşdirilməsi həyata keçirilmişdi.

Sonradan sürücülərin ona münasibəti fərqli oldu, müdaxilə etdilər, üzərindəki işıqları qopardılar, bir növ buna ziyan vurdular. Amma bunların da olması lazımdır, bir çox ölkələrdə bu tətbiq olunur, fərqli formalarda tətbiq olunur, tez-tez yeri dəyişdirilir, daim eyni yerdə qalanda görünür, sürücülərin gözü öyrəşir və onu yol kənarında adi bir əşya kimi qəbul edirlər və heç bir effekt vermirlər”.

Ekspert əlavə olaraq qeyd edib ki, axşamlar onun üzərində işıq işlənsə, uzaqdan işıq qaytarıcı elementlərdə də parlaq şəkildə görünsə, sürücülər ən azından özlərini yığışdırırlar:

“Çünki bizim insanlarımız adətən hər hansı bir maneəni, polis avtomobilini, polis əməkdaşını yolda görəndə, kameranı, radarı görəndə qaydalara əməl etməyə çalışır. Bu da lazımdır. Amma uşaq maketləri ümumiyyətlə daha təsirli vasitə kimi yollarda tətbiq oluna bilər”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri