“Bu cür məsuliyyətsizlik bir ailənin faciəsinə səbəb olur...” Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Hər gün minlərlə insan yola çıxır – kimisi işə, kimisi evə, kimisi sevdiklərinin yanına tələsir. Lakin bəzən bir anlıq yorğunluq, diqqətsizlik və ya tələskənlik bu yolu geri dönüşü olmayan bir yola çevirir. Sükan arxasında edilən hər səhv addım sadəcə qayda pozuntusu deyil – həyatla ölüm arasında olan incə sərhədin keçilməsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
O qeyd edib ki, təəssüf ki, bəzən sürücülərin nasaz nəqliyyat vasitəsini idarə etmələri, təhlükəni görüb amma görməzdən gəlmələri ilə bağlı hallara da rast gəlinir: “Bəziləri qayda pozmağı “ustalıq”, cəldliyi “bacarıq”, bir az istirahət etməyi isə “vaxt itkisi” hesab edir. Halbuki bu cür məsuliyyətsizlik çox zaman bir ailənin faciəsinə, bir uşağın atasız, bir ananın övladsız qalmasına səbəb olur.
Hər bir qəza bir saniyəlik səhlənkarlığın, bir anlıq məsuliyyətsizliyin nəticəsidir. Amma həmin bir saniyə bəzən bir ömrün sonu olur. Unutmayaq, həyat gözəldir. Yaşamaq, sevdiklərimizin yanında olmaq, sabaha ümidlə oyanmaq – bunlar insan üçün ən böyük dəyərdir. Bu dəyəri bir anlıq tələskənliyə, laqeydliyə və ya qayda pozuntusuna qurban verməyək.
Yollarda diqqətli ol, qaydalara əməl et – öz həyatını və başqalarının həyatını qoru. Çünki həyat insana yalnız bir dəfə verilir və onu qorumaq hər birimizin borcudur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 06 Noyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















