Bu da oldu: Həyətə, mətbəxə, qonşunun quyusuna baxan pəncərələr sökülür
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Taliban" hərəkatının ali lideri Əfqanıstanda yaşayış binalarında əfqan qadınların istifadə etdiyi ərazilərə baxan pəncərələrin tikilməsini qadağan edən fərman verib.
"Cebheinfo.az" bu barədə AFP-yə istinadən xəbər verir.
Əfqanıstan hökumətinin sözçüsü tərəfindən yayılan açıqlamaya görə, yeni tikililərdə "həyəti, mətbəxi, qonşunun quyusunu və qadınların ümumi istifadə etdiyi digər yerləri" görə biləcək pəncərələr olmamalıdır.
Hökumət sözçüsü Zəbihullah Mücahidin "X" sosial media saytında yerləşdirdiyi fərmanda deyilir: “Qadınların mətbəxdə, həyətdə işləyən və ya quyudan su yığan görüntüləri nalayiq hərəkətlərə yol aça bilər.
Bələdiyyə orqanları və digər aidiyyəti qurumlar qonşuların evlərinin sökülməməsi üçün tikinti sahələrinə nəzarət etməli olacaqlar.
Sərəncamda deyilir ki, belə pəncərələr varsa, sahiblərdən “qonşuları narahat etməmək üçün” divar çəkmələri və ya mənzərəni kəsmələri tələb olunacaq.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 30 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















