Icma.az
close
up
RU
Bu da oldu: Uşağın cinsiyyəti bilinmə partisi, doğuş və pampers xonçası...

Bu da oldu: Uşağın cinsiyyəti bilinmə partisi, doğuş və pampers xonçası...

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əhməd Qəşəmoğlu: "Hansı cəmiyyətlərdə ki maddiyyat önə keçir, orada mənəviyyat ölür"  


“Körpəni doğum evindən çıxarmağa avtomobil korteji ilə gedirlər. Özü də kortejdəki maşınlar gərək “Gelandewagen” olsun”. Bunu Gəncədən olan tanışımız söylədi. Deyir ki, Gəncədə son vaxtların dəbi budur. Körpəni qarşılamağa azı 4  “Gelendefagen” gəlməlidi. Oğlan uşaqlarına göy, qızlara çəhrayı şarlarla bəzədilmiş "Cip"lər görmüşdük, avtomobil korteji barədə indiyədək eşitməmişdik. 

Bu da oldu. Uşağın cinsiyyətinin bilinməsi “partisi”, sonra doğuş, sonra qarşılama, evdə dəm-dəstgah, uşaqgördü, adqoydu, “40-ı” çıxdı mərasimi, sonra ayların tamamı, 1 yaşında nəhəng şənlik mərasimi, bağçaya getməsi, məktəbəqədər hazırlıq, 1-ci sinif, ilk dərs günü mərasimi, buraxılış sinfi məclisi, ali məktəbə qəbul, bitirmə... Lap əvvələ qayıtsaq, həmin bu “naməlum” körpənin valideynlərində də yəqin bu cür ssenarilər icra olunub. İndi dəbdir axı, subaylığa vida “partisi” düzənləmək. Toydan əvvəl qızlar məclisi, oğlanlar məclisi. Körpənin ilk rüşeymləri görünən kimi UZİ şəklini internetdə paylaşmaq... Ötən dəfə gənc yazarlardan biri sosial şəbəkədə “pampers xonçası”ndan yazmışdı. Kimsə körpənin valideynlərini təbrik etmək üçün pampers xonçası hazırlayıb. Əlbəttə, başqa xonçalar da olub. Amma valideynlər ən çox bu xonçanı bəyəniblər yəqin. Lazımlı əşyadı axı. Bir müddət pampers almalı olmayacaqlar, xərcləri az çıxacaq. Dünyanın gərdişindən bir qram da anlamayan körpə üçün bunca xərc niyə çəkilməlidir? Həqiqətənmi, bütün bunlar müasirlikdir, ailə həyatının lazımlı, vacib, ayrılmaz hissələridir?       


Sosioloq Əhməd Qəşəmoğlu ”Sherg.az”a açıqlamasında bu və buna bənzər davranışların meşşanlıq əlaməti olduğunu dedi: 

- Mən bu sözü dəfələrlə demişəm və hər dəfə də təkrarlayıram. Hansı cəmiyyətlərdə ki maddiyyat önə keçir, orada mənəviyyat ölür. Xoşbəxt o ölkələrdir ki, orada mənəviyyat hər şeydən üstündür. Və maddiyyata yalnız gündəlik yaşayışın təmin edilməsi vasitəsi kimi baxılır. Mənəviyyatlı insanlar, mənəvi dəyərlərə üstünlük verənlər həris bir şəkildə kapital toplamırlar. Övladlarının savadlanması, ləyaqətli insan kimi yetişməsi üçün çalışırlar. Bizim cəmiyyətdə vəziyyət gündən-günə ağırlaşır. Maddiyyat getdikcə daha çox önə keçir, mənəviyyat arxa planda qalır. Körpə dünyaya gələr-gəlməz həyatı valideynlərinin sayəsində maddiyyata  bağlanır. Bu mərasimlərə külli miqdarda pul xərclənir. Uşağın dünyadan xəbəri yoxdur, onun şərəfinə məclis düzəldilir, masalar bəzədilir. Bu israfçılıq uzun illər davam edir. İmkanlı valideyndirsə, uşağını “korluq çəkməyə” qoymur. Uşaq maddi cəhətdən təminatlı olur. Amma elmdən, mərifətdən kasad qalır. Bu cür meşşanlığın, övladı ərköyün, təminatlı böyütməyin hansı faciələrə gətirib çıxardığını çox görmüşük. Amma nə edəsən ki, heç də hər kəs ibrət almır. Elə bu cür də həyatlarına davam edirlər. Mənəviyyatın, elmin, təhsilin, mədəniyyətin arxa plana keçdiyi cəmiyyətlər çox qorxuludur və hamı üçün hər an təhlükə var. Ən dəhşətlisi də budur ki, özünü ziyalı hesab edənlər də bu sərsəm axına düşüb gedir. Hamı bir-birinin bəhsinə eyni halları təkrarlayır. İrad tutulanda da deyirlər, indi dəb belədir, hamı eləyir. Bu, psixoloji basqıdır. İnsanlar özü kimi olmaqdan çəkinir, başqası kimi olmağa can atırlar. Cəmiyyətdə tarazlıq pozulur, eyniləşmə, kopiyalama başlayır. Bərabər hüquqluluq tamam başqa anlayışdır, bir-birinə oxşamağa çalışmaq, başqasının hərəkətini, fərqinə varmadan təkrarlamaq başqa. Bu, qorxulu, təhlükəli tendensiyadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri